Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:46

ABŞ-dan referendum ərəfəsində açıq diskussiyalar istəyi


Michael Kozak
Michael Kozak

«Seçkilər demokratiyanın mühüm elementi və demokratik institutların təməl daşıdır. ABŞ seçkilərin qiymətləndirilməsi üzrə «qızıl standart» metodologiyasını hazırlayan ATƏT-in seçkilərin dəyərləndirilməsindəki mühüm rolunu yüksək qiymətləndirir».

«Turan» İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Varşavada ATƏT-in insan ölçüsü üzrə müşavirəsində ABŞ nümayəndə heyətinin rəhbəri Michael Kozak bildirib.

Buna da bax-Venesiya Komissiyası ilkin rəyini açıqladı

«Biz ATƏT regionunda seçkilərin müşahidə edilməsi üzrə ümumi öhdəliklərimizin irəliləməsindən ötrü səyləri qiymətləndiririk. ABŞ noyabrın 8-də öz ölkəsində keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu (DTİHB), Avropa Şurası Parlament Assambleyasını, həmçinin ATƏT dövlətlərini dəvət edib. ABŞ demokratiya və şəffaflıqla bağlı öz öhdəliklərinə çox ciddi yanaşır və bizim seçkilərin ATƏT tərəfindən monitorinqini səbirsizliklə gözləyir», - o bildirib.

Sonra M.Kozak Azərbaycan da daxil olmaqla, bəzi ATƏT ölkələrində seçki prosesinin vəziyyətini qiymətləndirib. «Biz sentyabrın 26-da keçiriləcək referendum ərəfəsində Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı Venesiya Komissiyasının rəyini alqışlayırıq. Azərbaycan hökumətini referendumu keçirməzdən öncə bu rəyi nəzərə almağa çağırırıq. Biz həmçinin, hakimiyyəti təklif edilən düzəlişlərlə bağlı açıq ictimai diskussiyalardan ötrü əlverişli şəraitin yaradılmasına, söz və assosiasiya, eləcə də dinc toplaşma azadlığı hüququna hörmətlə yanaşmağa çağırırıq», - o vurğulayıb.

Buna da bax-Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Sentyabrın 26-da Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Venesiya Komissiyası referenduma çıxarılacaq dəyişiklik paketinə rəy verib. Sentyabrın 21-də açıqlanan ilkin rəydə Konstitusiya təklif olunan dəyişiklikləri tənqid edilib. «Təklif edilən dəyişikliklər prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin poza bilər», - qurum bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG