Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:13

'Əvvəl topa bülleten, axırı muğam' iş başında...


77 saylı Astara Seçki Dairəsinin 4 saylı seçki məntəqəsi
77 saylı Astara Seçki Dairəsinin 4 saylı seçki məntəqəsi

77 saylı Astara, 76 saylı Lənkəran-Astara seçki dairələrinin bir neçə məntəqəsində olduq.

Şəhərdə yerləşən məntəqələrdə müəyyən seçki aktivliyi gözə dəyirdi. Ancaq kəndlərdəki məntəqələrdə bunun əksini söyləmək mümkün idi. Səsverməyə gələnlərdən bəziləri isə Konstitusiyaya edilən dəyişikliklərdən xəbərləri olmadığını açıq etiraf edirdilər.

77 saylı Astara Seçki Dairəsinin 4 saylı seçki məntəqəsində komissiya üzvü səsvermə kabinasında seçicini başa salırdı. Məntəqədən çıxan seçiciyə Konstitusiyada hansı dəyişikliklərə səs verdiyini soruşduq: «Bilmirəm. Deyiblər ki, get səs ver, mən də verdim. Bəs nə edim?».

Buna da bax-Referendumda baş verənlərin bütün detalları anbaan burda

Sonuncu parlament seçkilərində 77 saylı Astara Seçki Dairəsinin 32 saylı seçki məntəqəsindən çəkildiyi deyilən «Əvvəl topa bülleten, axırı muğam» videoçarxı qalmaqal yaratmışdı. Həmin videoya görə, qutuya muğam oxuya-oxuya topa bülleten salan Əsədulla Musayevi yenə seçki məntəqəsində katib işləyən gördük. Bu məntəqənin önündə bir saata yaxın gözlədik. Lakin həmin vaxt ərzində məntəqəyə yalnız bir nəfər seçicinin daxil olduğunu gördük.

Astarada səsvermə
Astarada səsvermə

«BİZƏ EHTİYAC YOXDUR»

Astara rayon sakini Elçin İbrahimli deyir ki, dəyişikliklərdən xəbəri var. Lakin səsverməyə getməyib: «Kəndlərdə yerləşən seçki məntəqələrində səsverməni 3 nəfər həyata keçirdir-kənd icra nümayəndəsi, bələdiyyə sədri, məktəb direktoru. Bizə ehtiyac yoxdur».

Masallı rayonun Təklə kənd sakini Səmədağa Həsənov da səsverməyə getmədiyini deyir: «69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsinin 26 saylı seçki məntəqəsi bizdə yerləşir. Bizim məhəllədən bir nəfər də olsun, seçkiyə getməyib. Getməyəcəklər də. Adamlarda inam qalmayıb. Nə iş görülürsə, xalqın zərərinə görülür. Getsək nə olacaq ki?».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG