Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:06

REAL hərəkatı avqustun 15-də qurumun Səbail- Nəsimi Məclisinin başqanı Toğrul İsmayılov və Binəqədi Məclisinin başqan müavini Elşən Qasımovun saxlanması ilə bağlı bəyanat yayıb.

Sənəddə qeyd olunur ki, Toğrul İsmayılov və Elşən Qasımov yeni çapdan çıxan təşviqat materiallarını götürməyə gedərkən küçədə tutulublar: «REAL İdarə Heyəti bu halı insan oğurluğu hesab edir. REAL-ın siyasi mövqeyinə və fəaliyyətinə qarşı yönəlmiş növbəti qanunsuz basqı kimi dəyərləndirir».

Bəyanatda deyilir ki, heç bir basqı onları yolundan döndərə bilməz. Amma bununla belə İdarə Heyəti bəzi məsələlər qeyd etməyi vacib sayır: «İdarə Heyəti bütün üzvlərinin nəzərinə bir daha çatdırır ki, onların heç biri öz şəxsi həyatını, sağlamlığını və azadlığını REAL-a görə qurban verməyə borclu deyil. Üzvlərimiz qanunsuz basqılar və hədələr qarşısında REAL-ın rəhbərliyinə qarşı onlardan tələb olunan hər bir ifadəni verə bilər. İdarə Heyəti üçün REAL üzvlərinin şəxsi təhlükəsizliyi hər zaman yüksək önəm daşıyıb və bundan sonra da daşıyacaq».

Buna da bax - REAL-ın saxlanan gənc üzvlərinin yeri bilindi [Video]

Bu saatlarda verilən xəbərlərə görə, REAL hərəkatının saxlanan gənc üzvləri Elşən Qasımovla Toğrul İsmayılov Səbail Rayon Məhkəməsinə aparılıb.

Avqustun 15-də REAL (Respublikaçı alternativ) hərəkatının üzvləri Elşən Qasımovla Toğrul İsmayılovu kimliyi bəlli olmayan şəxslərin saxladığı bildirilirdi.

Verilən xəbərlərə görə, Elşən Qasımovla Toğrul İsmayılovu avqustun 15-də metronun «İçərişəhər» stansiyasının yaxınlığında saxlamışdılar. Gəncləri saxlayan şəxslər mülki geyimdə olublar.

Elşən Qasımovla Toğrul İsmayılov REAL hərəkatının sentyabrın 26-na təyin edilən referendumla bağlı təsis etdiyi «Respublikaçı Alternativ» Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndələridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG