Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:43

REAL Bakı polisini məhkəməyə verib


'Qanun'da axtarış bitdi, polislər bomba əvəzinə... [Video]
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

'Qanun'da axtarış bitdi, polislər bomba əvəzinə... [Video]

Avqustun 12-si saat 12:00-da Nəsimi Rayon Məhkəməsində Babək Pənahovun sədrliyi ilə REAL İdarə Heyəti üzvlərinin Bakı polisinə qarşı iddiasına baxılmalıdır.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları bu il iyunun 11-də «Qanun» nəşriyyatında «bomba siqnalı» almalarını səbəb göstərərək axtarış aparmışdılar.

Onda polis REAL-ın həbsdə olan sədri İlqar Məmmədovun flayerlərini götürmüşdü. Flayerlər İlqar Məmmədovun doğum günü ərəfəsində planlaşdırılan «1 Milyon Adam» kampaniyasından ötrü çap edilmişdi.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi bu hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərib.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb, onun bir sıra hüquqlarının pozulduğunu bildirib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Ancaq bu ilin aprelində işə təkrar baxan Şəki Apellyasiya Məhkəməsi İ.Məmmədovu həbsdə saxlayıb.

XS
SM
MD
LG