Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:25

REAL Hərəkatı Konstitusiyaya düzəlişlər üzrə referendumda təşviqat aparmaq məqsədilə «Respublikaçı Alternativ» təşəbbüs qrupunu yaratdığını elan edib. Hərəkat təşəbbüs qrupunun yaradılması haqqında bildirişi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcək.

MSK beş gün ərzində ərizəyə baxmalı və təşəbbüs qrupuna qeydiyyatdan ötrü tələb edilən 40 min seçici imzası toplamağa blanklar verməlidir.

Qeydiyyat bütün Azərbaycan ərazisində düzəlişlərin lehinə və ya əleyhinə təşviqat aparmağa imkan verir. Televiziya efirinə pulsuz çıxışı, seçicilərlə açıq və qapalı yerlərdə görüşlər keçirmək imkanını təmin edir.

İmza vərəqələrinin təqdim edilməsi avqustun 22-də başa çatır.

Buna da bax - Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

REAL düzəlişlərin Azərbaycanda avtoritarizmin gücləndirilməsinə yönəldiyini hesab edərək, onların əleyhinə təşviqat aparmaq niyyətindədir.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişiklər ilə bağlı referendum keçiriləcək.

Layihədə ifadə azadlığı və mülkiyyət haqları ilə bağlı bir sıra məqamlar var. Bundan başqa, orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Üstəlik, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Demokratik Qüvvələrin Milli Şurası, Klassik Xalq Cəbhəsi Partiyası bu referendumun boykot edilməsi ilə bağlı qərar verib.

Müsavat Partiyası isə təşəbbüs qrupu yaradaraq, onun əleyhinə təbliğat aparmaq niyyətini açıqlayıb.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) referendumun xeyrinə təşviqat aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG