Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:25

Gənclərə görə apellyasiya şikayəti veriləcək


«Avqustun 16-da REAL Hərəkatının iki üzvü barədə çıxarılmış məhkəmə qərarından bu gün (avqustun 17-də) Bakı Apelyasiya Məhkəməsinə şikayət verəcəyəm».

Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib.

Avqustun 15-də REAL hərəkatının üzviləri Elşən Qasımov və Toğrul İsmayılov saxlanmışdılar. Hərəkat təmsilçilərinin və vəkillərin axtarışlarına baxmayaraq, gənclərin yerini həmin gün müəyyən etmək mümkün olmamışdı.

Yalnız avqustun 16-da gənclərin Səbail Rayon Məhkəməsinə aparıldıqları bəlli olmuşdu. Məhkəmə gəncləri polisə tabe olmamaqda günahlandıraraq, onlara 7 sutka inzibati həbs cəzası vermişdi.

Elşən Qasımovla Toğrul İsmayılov REAL hərəkatının sentyabrın 26-na təyin edilən referendumla bağlı təsis etdiyi «Respublikaçı Alternativ» Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndələridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG