Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Almaniya futbol liqasının prezidenti Reinhard Rauball FİFA prezidenti Sepp Blatteri təcili istefaya getməyə çağırıb.

O oktyabrın 1-də yerli Sueddeutsche Zeitung qəzetinə müsahibəsində bildirib ki, korrupsiya qalmaqalına görə, artıq FİFA-da yüksək səviyyədə struktur dəyişikliklərə başlamaq vaxtıdır.

Rauball həmçinin UEFA prezidenti Michel Platinini 2002-ci ildə görülən işlərə görə, 20111-ci ildə FİFA-dan 2 milyon dollar almasına aydınlıq gətirməyə çağırıb.O bu barədə yetərincə məlumat verilmədiyini deyir.

FİFA-nın etika komitəsi bu günlərdə prezident Sepp Blatter-lə yanaşı UEFA rəhbəriMichel Platini-ni də araşdırmaq qərarına gəlib.

Bundan bir qədər əvvəl İsveçrə 79 yaşlı Blatter barəsində cinayət təhqiqatına başlayıb.

O FİFA üçün “sərfəli olmayan” kontraktı imzalamaqda və Platini-yə qanunsuz ödəniş etməkdə ittiham olunur.

Blatter ittihamları rədd edir.

FİFA-nın etika komitəsi Platini-yə qanunsuz olaraq ödəndiyi söylənən 2 milyon İsveçrə frankı ilə bağlı məsələni araşdıracaq.

1999-2002-ci illərdə Blatterin texniki müşaviri kimi çalışan Platini prokurorluq tərəfindən şahid qismində istintaqa cəlb olunub.

Qeyd edək ki, İsveçrə hakimiyyəti bu günlərdə FİFA rəhbəri Seep Blatterə qarşı cinayət işi açıb.

O səlahiyyətlərindən sui istifadə və mənimsəmədə ittiham olunur.

O sentyabrın 25-də İsveçrənin baş prokurorluğunda ifadə verib.

Bundan əvvəl prokurorluğun sorğusu ilə Sürixdə FİFA icrayyə komitəsinin toplantısı olub.

Həmçinin təşkilatın Sürixdəki baş qərargahı və Blatterin ofisində axtarış aparılıb, müəyyən sənədlər götürülüb.

Qeyd edək ki, Seep Blatter bu ilin mayında yenidən FİFA prezidenti seçilsə də təşkilat ətrafındakı korrupsiya qalmaqalına görə istefa verməli oldu.

Amma yeni prezident seçilənədək bu vəzifəni icra etməkdə davam edir.

Onun istefasından əvvəl təşkilatın Sürixdəki ofisində axtarış aparılıb və qurumun 10-a yaxın rəsmisinə qarşı ittiham irıli sürülüb.

Bu günlərdə isə təşkilatın baş katibi Jerome Valcke müvəqqəti işdən kənarlaşdırılıb və ona qarşı istintaq başlayıb.

XS
SM
MD
LG