Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:05

Ölümündən 1 il keçən jurnalist Rasim Əliyev anıldı- [Video]


-

Azərbaycan ictimaiyyəti avqustun 9-da jurnalist Rasim Əliyevin öldürülməsinin ildönümünü qeyd edib.

Anım mərasimi Bakı ətrafındakı evdə başlayıb, burada onun ruhuna dualar oxunub. Dostları və qələm yoldaşları Azərbaycanda ifadə azadlığı uğrunda həlak olanları və xəsarət alanları yada salıblar.

“Bu qətl siyasidir”

Yaxınları və həmkarları Rasim Əliyevi bir il əvvəl dəfn etdikləri Məmmədli qəsəbəsi yaxınlığındakı qəbiristanlığa gediblər.

“Strateji Düşüncə Mərkəzi”nin rəhbəri İsa Qəmbər və Müsavat Partiyasının lideri Arif Hacılı öz çıxışlarında Rasim Əliyevin Azərbaycanda söz azadlığının müdafiəsində böyük xidmətlərini qeyd ediblər.

“Bu qətl siyasi motivlidir”, deyən İsa Qəmbər müstəqil mətbuatın daim rejimin hədəfində olduğunu vurğulayıb.

Jurnalist çoxdur, amma müstəqil jurnalist çox azdır

Arif Hacılı deyib ki, jurnalistləri sistemli şəkildə təqib edən rejim məğlubiyyətə məhkumdur. “Ölkənin və xalqın avtoritarizmdən azad olacağı gün uzaq deyil”, deyə o bildirib.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qeyd edib ki, Rasim Əliyev kimi jurnalistin ölümü Azərbaycanın müstəqil mətbuatında böyük itkidir.

“Azərbaycanda jurnalist çoxdur, amma müstəqil jurnalist çox azdır”, deyən Mehman Əliyev hakimiyyətin təzyiqlərinə baxmayaraq, sosial və mobil jurnalistikanın inkişaf etdiyini qeyd edib.

Rasim Əliyevin döyülməsi videosu

Hökumət jurnalisti qətl günüdə xatırlamadı

M.Əliyev dövlətin müstəqil mətbuata münasibətinin nümunəsi kimi, mərasimdə Prezident Administrasiyasının, Mətbuat Şurasının və jurnalist təşkilatlarının nümayəndələrinin iştirak etməməsini göstərib.

O, “Qəbələ” futbol klubunun prezidenti Taleh Heydərovun komandasının Fransanın “Lil” klubu üzərində qələbəsini Cavid Hüseynova həsr etməsini əxlaq qaydalarına zidd adlandırıb.

Taleh Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğludur.

Qətl edilən jurnalistin atası Məmmədəli Əliyev çətin vaxtlarda ailəyə mənəvi dəstək olan hər kəsə təşəkkür edib. “Sizə səadət arzulayıram və Allaha dua edirəm ki, ailəmizin başına gələn faciədən sizi qorusun”, R.Əliyevin atası deyib.

Rasim Əliyev 2015-ci il avqustun 8-də döyülüb və ertəsi gün xəstəxanada vəfat edib. Onun ölüm işi üzrə 6 nəfərin, o cümlədənQəbələ klubunun futbolçusu Cavid Hüseynovun adı keçir.

C.Hüeynovun işi ayrıca icraata götürülərək Səbayel Rayon Məhkəməsində baxılıb. Mayın 31-də Səbayel Rayon Məhkəməsi C.Hüseynovu CM-in 307.1. (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2. (cinayətin gizlədilməsi) maddələri ilə ittiham edərək 4 il azadlıqdan məhrum edib.

Digər beş nəfər R.Əliyevin döyülməsində günahkar bilinərək uzunmüddətli həbs cəzası alıb. Jurnalistin döyülərək ölməsinə onun C.Hüseynov haqqında tənqidi status yazması səbəb göstərilir.

Rasim Əliyevi döyənlərə ağır cəza

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG