Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:57

Jurnalistin ölüm işi: “Xəstəlik tarixçəsi 3 dəfə dəyişdirilib”


►Vəkil: “İş materiallarındakı sənədlərin nömrələri də uyğun gəlmir, bu da bir sıra sənədlərin dəyişdirildiyini, gizlədildiyini göstərir. Ən əsası, rentgen müayinəsinin nəticəsi niyə gizlədilir?”

"Həkimlərin ifadələrində yazdıqları yalandır. Rasim xəstəxanaya gedəndə ona baxmamışdılar, iki saata yaxın dəhlizdə qalmışdı. Rasimin ölümündə bunlar qədər həkimlərin də günahı var".

Bunu döyülərək öldürülən jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva iyunun 10-da Bakı Apellyasiya Məhkəməsində çıxış edərkən deyib.

“RENTGEN MÜAYİNƏSİNİN NƏTİCƏSİ NİYƏ GİZLƏDİLİR?”

Jurnalistin ölümündə təqsirləndirilən beş nəfərdən dördünün vəkili olan Şəmsəddin Quliyev məhkəmədə vəsatət qaldıraraq, Rasim Əliyevin rentgen müayinəsinin nəticələrinin tələb olunmasını istəyib. Müdafiəçi bildirib ki, işdəki çoxsaylı ziddiyyətlərə aydınlıq gətirmək üçün bu vacibdir:

"Rasim Əliyevin xəstəlik tarixçəsi üç dəfə dəyişdirilib. Saday həkimin mətbuata müsahibəsində dediklərilə istintaqa ifadəsi bir-birinə ziddir. İş materiallarındakı sənədlərin nömrələri də uyğun gəlmir, bu da bir sıra sənədlərin dəyişdirildiyini, gizlədildiyini göstərir. Ən əsası, rentgen müayinəsinin nəticəsi niyə gizlədilir? Bu, zəruri sübutdur və iş materiallarının içində olmalıdır. Gətirsinlər, biz də baxaq, görək ki, bu adam xəstəxanaya daxil olarkən vəziyyəti necə olub? Vəsatətlərimiz bu məhkəmədə də təmin olunmasa, biləcəyik ki, siz də qərəzlisiniz. Mən həkimlərin yalanlarını ifşa edəcəyəm".

____________________________________________________________

Bunlara da bax:
Prokuror Qənimət Zahidin qohumlarına ağır cəza istədi
Sovetskidə tarixi binanın üzlüyünü sökməyə başladılar

____________________________________________________________

Fariz Namazlı

Fariz Namazlı

Zərərçəkmiş Teyfurə Əliyevanın nümayəndəsi Fariz Namazlı da vəsatəti müdafiə edib. Bildirib ki, vəsatət əsaslıdır və təmin olunmalıdır:

"Biz istintaqda da, birinci instansiya məhkəməsində də Rasim Əliyevin ölümündə həkimlərin rolu olduğunu demişik və bununla bağlı dəfələrlə vəsatətlər vermişik. Rentgen müayinəsinin nəticəsi məhkəmədə tədqiq olunmalıdır".

“NİYƏ ALDADIBLAR?”

Mərhum jurnalistin anası Teyfurə Əliyeva da rentgen müayinəsinin nəticəsinin məhkəməyə təqdim olunmasını istəyib:

"Həkimlərin ifadələrində xeyli yalanlar var. Məsələn, Babək həkim mənə dedi ki, “rentgen təmiz göstərir, sağ qabırğalarında sınıq var”. Burada isə yazıblar ki, sol qabırğaları sınıb. Deməli, bunlar bizi aldadıblar. Niyə aldadıblar?"

Məhkəmə prosesinə sədrlik edən hakim Qədim Babayev bildirib ki, vəsatət geniş həcmli olduğundan onu müzakirə etmək üçün vaxt tələb olunur. Bu səbəbdən də məhkəmə prosesi iyunun 17-nə qədər təxirə salınıb.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub. Onlardan beşi - Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Kənan Mədətov və Samir Mustafayev CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsilə təqsirli bilinərək, 9 ildən 13 ilə qədər azadlıqdan məhrum edilib. "Qəbələ" futbol klubunun keçmiş kapitanı Cavid Hüseynovun işi isə istintaqın sonunda ayrılıb və o, bu yaxınlarda CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsilə 4 il azadlıqdan məhrum edilib.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)

Gələn həftəsonu keçiriləcək Formula 1 yarışlarına görə 5 günlük otel qiyməti 2500 manatdan başlanır.

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (10 iyun)

"Büdcədən 5 milyarda qədər vəsait yayınıb"

Günün bütün mövzuları

XS
SM
MD
LG