Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:26

►Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov dövlətə 254 min manat ziyan vurmaqda ittiham olunurdu

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov həbsdən buraxıldı. İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə hökm çıxardı.

Hökmə əsasən, Rəşad Məmmədova 1 il 1 ay 8 gün cəza verildi və həmin müddət artıq başa çatdığına görə o, məhkəmə zalından azadlığa buraxıldı.

Rəşad Məmmədovla yanaşı, sabiq rəisin ailəsi üçün 6 milyonluq əmlakın alınmasında iştirak etmiş İsfəndiyar İsfəndiyarov da azadlığa çıxıb. Ona da eyni cəza verilib.

Həmçinin bu cinayət işi üzrə daha bir təqsirləndirilən - 6 milyonluq əmlakın Rəşad Məmmədovun xanımından əvvəl adına rəsmiləşdirildiyi Arzu Məmmədovun cəzası da eyni olub.

“TABELDƏ ADLARININ QARŞISI BOŞ İDİ”

Hökmdən öncə isə bugünkü məhkəmədə şahidlər dindirilib. Onların bir qismi - Səbinə Quliyeva, Günay Quliyeva, Samir Nəsirli, Səftər Məmmədov, Elman Rəsulov, Elnur İbrahimov Bayraq Meydanının işçiləri olub. Hərçənd, ittiham aktında yazılıb ki, bu adamların adı işçi kimi qeyd olunsa da, əslində, işə gəlməyiblər və haqq etmədikləri halda, maaş alıblar. Rəşad Məmmədov bu üsulla dövlətə 254 min manat ziyan vurmaqda ittiham olunur.

Rəşad Məmmədov azadlıqda (öndə)

Rəşad Məmmədov azadlıqda (öndə)

Şahidlər işləmədikləri halda əməkhaqqı aldıqları barədə deyilənlərlə razılaşmayıblar. Bildiriblər ki, işə gedib-gəliblər, gördükləri işin müqabilində də maaş alıblar.

Maliyyə Nazirliyinin sektor müdiri Ağasəf Ağayev də şahid qismində dindirilib. O bildirib ki, baş nazirin müavininin göstərişi əsasında Dövlət Bayrağı Meydanı Kompleksində yoxlama aparıb, pozuntular aşkarlayıblar:

"Bəzi işçilərin adları tabeldə var idi, lakin qarşısı boş idi. Bəzilərinin də adları yox idi, amma özləri işləyirdilər. Biz də yoxladıq, akt tərtib etdik".

Rəşad Məmmədov bu yoxlamanın və aktın qərəzli olduğunu bildirib.

O, “bunlar gəlib mənim qohum-əqrəbamı araşdırıblar”, deyə replika atıb. Hakim isə ona belə cavab verib ki, “sən də xaricdə ola adamın adına maaş yazmısan”.

YÜNGÜLLƏŞDİRİCİ HALLAR

Daha sonra cinayət işinin materiallarındakı bir sıra sənədlər elan olunub, ardınca da dövlət ittihamçısı Ramazan Hadıyev çıxış edib. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərə qarşı ittihamların sübuta yetirildiyini deyən prokuror onların hər birinə 1 il 1 ay 8 gün həbs cəzası verilməsini və bu müddət artıq keçdiyinə görə Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarovun da azadlığa buraxılmasını təklif edib. Arzu Məmmədov isə həyat yoldaşının ağır xəstəliyə tutulması səbəbilə martda həbsdən ev dustaqlığına buraxılıb.

Prokuror yüngülləşdirici hallar kimi təqsirləndirilən şəxslərin himayəsində azyaşlı övladlarının olmasını, ilk məhkumluqlarını, dəymiş ziyanın ödənilməsini qeyd edib.

Daha sonra vəkillər çıxış edib. Rəşad Məmmədovun vəkili Akif Əlizadə deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs əslində təqsirləndirilən yox, zərərçəkmişdi. Vəkil Rəşad Məmmədova bəraət verilməsini istəyib.

____________________________________________________________

Bunlara da bax:
'Formula 1' və çörək
Ruslar Qarabağ məsələsinin həllini necə görür- [Sorğu]

____________________________________________________________

İsfəndiyar İsfəndiyarovun vəkili İradə Cavadova da müdafiəçisi olduğu şəxsin uzun müddətdir heç bir günahı olmadığı halda Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanıldığını vurğulayıb.

Qeyd edib ki, İsfəndiyar İsfəndiyarova qarşı irəli sürülmüş dələduzluq ittihamı sübuta yetirilməyib, ona görə də barəsində bəraət hökmü çıxarılmalıdır.

Arzu Məmmədovun vəkili də ona bəraət istəyib.

“O MƏLUM ADAM NAZİRLİKDƏN GETDİ”

Ardınca təqsirləndirilən şəxslər məhkəmədə son sözlərini deyiblər. Rəşad Məmmədov sadəcə, vəkilinin çıxışı ilə razılaşdığını söyləməklə kifayətlənib:

"Mənim heç bir günahım yoxdur, xahiş edirəm, ədalətli qərar çıxarasınız".

İsfəndiyar İsfəndiyarovun son sözü isə daha geniş olub. O, kimlərinsə ambisiyalarının qurbanı olduğunu vurğulayıb. Qeyd edib ki, keçmiş MTN ətrafında baş verənlərdən sonra onda azadlığa çıxacağına əminlik yaranıb:

"Həbsdə olduğum müddətdə ən rahat gün oktyabrın 17-si oldu. Həmin gün o məlum adam nazirlikdən getdi. Onun hansı yuvanın quşu olduğunu hamı, o nazirlikdəkilər də yaxşı bilir. Elə o gün bildim ki, azadlığa çıxacağam".

İsfəndiyar İsfəndiyarov qeyd edib ki, elmlər doktoru, sülhməramlı səfirdir, ailəsi də ziyalıdır:

"Atam da professordur. İnanın, mən onun gözlərinə baxa bilmirəm. Razıyam, bir də artıq həbsdə qalım, amma mənə bəraət verin. Mənim heç bir günahım yoxdur".

Təqsirləndirilən Arzu Məmmədov son sözündə məhkəmədən ədalətli qərar cıxarılmasını istəyib.

Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov ötən ilin martında həbs olunub. Hər üç təqsirləndirilənə qarşı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Rəşad Məmmədov isə həm də CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələri ilə ittiham olunub.

Buna da bax: Kareliyada 14 uşaq batıb

DİNLƏ: Günün hadisələri Azadlıq Radiosunda

"Qaçqınkom"un sədri Rusiyanı tərifləyir

BAX: Günün hadisələri Azadlıq Radiosunun TV proqramında

Formula 1. "Oturacaqlar yalnız test yürüşlərində boş olub"

Günün bütün mövzuları

XS
SM
MD
LG