Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:04

İŞİD döyüşçüsü öz anasını “edam edib”


Sosial mediada Ali Saqr kimi təqdim olunan foto

Sosial mediada Ali Saqr kimi təqdim olunan foto

Suriya müxalifətinin verdiyi məlimata görə, İslam Dövləti adlanan təşkilatın döyüşçüsü öz anasını camaatın gözləri qarşısında güllələyib

Suriya müxalifət fəallarının verdiyi məlumata görə İŞİD-ə daxil ən qəddar qruplardan birinin döyüşçüsü öz anasını ictimaiyyətin gözü qarşısında edam edib.

“The Washington Post” qəzeti yazır ki, hətta İŞİD standartları ilə də, bu, olduqca nadir hadisədir.

21 yaşı Ali Saqr, 45 yaşlı anası Lena al-Qasemi-ni başının arxa tərəfindən edamsayağı güllələyib

Hadisə Suriyanın Raqqa şəhərində baş verib. Raqqa İŞİD-in de facto paytaxtı sayılır.

Suriya İnsan Haqlarının Müşahidəsi qrupu xəbər verir ki, ötən cümə günü 21 yaşı Ali Saqr, 45 yaşında olan anası Lena al-Qasemi-ni başının arxa tərəfindən edamsayağı güllələyib.

Britaniyada mənzillənmiş Suriya müxalifəti təşkilatının məlumatına görə insidentə ana və oğul arasında baş vermis mübahisə səbəb olub.

Ana oğlunun İŞİD sıralarında olmasından narazı imiş.

“Anası ona deyirmiş ki, İŞİD-i tərk edib Suyriyanın başqa bir yerinə, ya da Türkiyəyə getsin” – deyib Surira müşahidə qrupundan Rami Abdulrahman.

Bundan sonra oğul anasının dedikləri barədə İŞİD rəhbərliyinə məlumat verib və qadın həbs olunub. Hadisənin videoya çəkilib-çəkilmədiyi hələlik bəlli deyildir.

Ana ələvi olub

Raqqadakı məxfi “Raqqa Sakitcə Qətliam Edilir” anti-İŞİD qrupundan Mohammed al-Saleh bildirib ki, ananın həbs motivləri hələlik tam aydın deyil.

İŞİD 2014-cü ilin iyunundan Suriyada minlərlə insanı edam edib

İŞİD 2014-cü ilin iyunundan Suriyada minlərlə insanı edam edib

Saleh deyib ki, qadına qarşı “mürtədlik” ittihamı irəli sürülmüşdü və bu, onun ələvi olması ilə bağlı ola bilərdi.

Suriya hökuməti və ordusunda yüksək vəzifələri ələvilər tuturlar. Ekstremist sünni qruplaşmalar şiəliyin təriqətlərindən biri olan ələviliyi kafirlik hesab edirlər.

Bəzi məlumatlara görə, qadının indiyədək İŞİD tərəfindən həbs olunmamasının səbəbi onun ərinin sünni olması ola bilərdi.

Bu da xəbər verilir ki, adı Ali Saqr kimi verilən işidçi əvvəllər spirtli içki düşkünü kimi tanınırmış, lakin şəhər İŞİD-in əlinə keçən kimi bu qruplaşmaya qoşulub.

Suriya İnsan Haqlarının Müşahidəsi qrupundan Abdulrahman deyib ki, İslam Dövləti adlanan təşkilat 2014-cü ilin iyunundan bəri Suriyada 3707 nəfəri edam edib. Onlardan 2001-i mülki şəxs, 106-sı qadınlar və 77-si uşaqlar olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG