Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Ramzan atasının şərəfinə 80 mərtəbəli qüllə tikdirir


Ramzan Kadyrov öz atasının şərəfinə adlandırılmış qüllənin təqdimatında

Ramzan Kadyrov öz atasının şərəfinə adlandırılmış qüllənin təqdimatında

Çeçenistan rəhbəri Ramzan Kadyrov-un atasının şərəfinə adlandırılmış qüllədə 80 mərtəbə, 100-ə yaxın lüks tipli mənzil, 500 nömrəsi olan otel, ofislər, restoranlar, Akhmat-Haji Kadyrov-un adına muzey olacaq.

Göydələn Qroznının ən görməli yerlərindən biri sayılacaq. Qüllə ənənəvi çeçen döyüş qalası tərzində tikilir. Bu hündür və dəbdəbəli tikili yüksək seysmik ərazidə yerləşir.

Buna da bax:​ Çeçenistanı hansı klanlar idarə edir: Taymasxanovlar

Qülləni BƏƏ şirkətləri tikəcək. Onların oxşar göydələnlər ucaltmaq təcrübəsi var. Layihənin memarı rusiyalı Aleksandr Zusikdir. Bu böyük investisiya layihəsinin kuratoru isə Rusiya Dövlət Dumasının deputatı Adam Delimkhanov-dur. Tikintinin yaxın üç il ərzində başa çatacağı ehtimal olunur. Onun 10 minə qədər iş yeri yaradacağı gözlənilir. Çeçenistanın bütün Rusiyada ən böyük işsizlik göstəricilərindən birinə malik olduğunu nəzərə alsaq, bu, vacib amildir.

60 MİLYARD RUBL

Ancaq Qroznının meri Muslim Khuchiyev Veronada keçirilən V Avrasiya forumunun kuluarlarında bildirib ki, qüllənin dəyəri iki dəfə artaraq 60 milyard rubla çatıb. Bu, təqribən bir milyard dollar deməkdir. Bu bahalaşmanın səbəbi göstərilmir. "Bu, təmiz investisiyadır, büdcədən bir qəpik də ödənmir", deyə Khuchiyev bildirib.

Buna da bax:​ Kadırovla sözü çəp gələn idmançının qızını kim döyüb?

İlk dövrlərdə tikintinin dəyərinin 120 - 500 milyon dollar olduğu deyilirdi. Khuchiyev-in sözlərinə görə, bütün xərclərin 30%-i tikintiyə hazırlıq və binanın bünövrəsini qoyulmasına xərclənib. Layihənin podratçıları hələ bilinmir. Onlar tender nəticəsində bəlli olacaq.

Bu rəqəmlər adi vətəndaşa elə bir şey demir. Ancaq 60 milyard rubl Çeçenistan respublikasının büdcəsinin 80%-dən çoxunu təşkil edir. Respublikada 2016-cı il büdcə kəsiri 5,8 milyard rubl (təqribən 92,3 milyon dollar) olub. Bu, qüllənin tikintisinə xərclənəcək məbləğin təqribən 1/10-i deməkdir. Tikintiyə gərəkən məbləğin büdcədənkənar mənbələrdən cəlb ediləcəyi iddia olunur. Ancaq bir çoxları bu qədər böyük məbləğin Rusiya büdcəsindən dəstək almadan cəlb olunacağına şübhə edirlər.

Buna da bax:​ Kadyrov idmançının qızının döyülməsinə münasibət bildirdi

Çeçenistan ölkədə ən yüksək işsizlik həddi olan regionlardan biridir. Qroznı şəhəri Rusiyada işsizlik üzrə liderlərdəndir. Burada orta aylıq maaş 21 min rubldur (334 dollar). Çeçenistan xəstəxana çarpayılarının sayına görə Rusiyada axırdan ikinci yeri tutur.

TƏHLÜKƏSİZLİK SUALLARI

Bu halda Qroznıda 435 metrlik qülləyə nə ehtiyac var? O, kimə lazımdır? Əslində bu qüllənin Kadyrov-dan ötrü dəyəri atasının adını daşımasındadır. Belə bir möhtəşəm tikilinin fonunda Akhmat Kadyrov-un adına məscid və başqa binalar artıq o qədər möhtəşəm görünməyəcək.

Buna da bax:​ Kadyrov balacaları döyüşdürməklə qalmaqal yaratdı- [Video]

Bu bina həm çox bahalı olacaq, həm də tikinti itkiylə başa çatacaq. Həm də belə binaları təhlükəsizlik sistemini tam təmin edə bilən ölkələr tikə bilərlər. Şimali Qafqazda iki böyük yanğın zamanı yanğınsöndürmə texnikasının vaxtında gəlib çıxmaması 435 metrlik binada təhlükəsizlik təminatı barədə suallar doğurur.

Qroznıda adi lift və eskalator təminatının da aşağı səviyyədə olduğu bildirilir. Belə bir şəraitdə binanın texniki avadanlığına necə qulluq olunacağı da aydın deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG