Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:55

Ramin Hacılı Azərbaycanı tərk edib (VİDEO)


-

Ramin Hacılı ölkəni tərk edib. Bunu AzadlıqRadiosuna onun həyat yoldaşı Aysel Əlizadə deyib. A.Əlizadə bildirib ki, bu gün Ramin ona zəng edib, hər şeyin qaydasında olduğunu və şəxsi problemləri ilə bağlı ölkədən çıxdığını deyib:

- Ətraflı danışa bilmədik. Elə onu dedi ki, hər şey yaxışıdır və axtarışla bağlı müraciəti geri götürək".

AzadlıqRadiosu:
- Hansısa təzyiqlərdən dolayı belə deyə bilərmi? Xəbərsiz çıxıb, getməsi o qədər də inandırıcı gelmir. Ən azı sizə xəbər edə bilərdi.

- Mən elə fikirləşmirəm. Nəsə özünün işləri ilə bağlıdır.

***

Ramin Hacılıdan dünəndən xəbər yox idi

«Biz illərdir deyirdik ki, Azərbaycanda korrupsiya var, vergi sistemində, gömrükdə problemlər mövcuddur. Bundan da sahibkarlar, vətəndaşlar əziyyət çəkir. Biz bu sözləri deyəndə, adımızı «müxalifətçi» qoydular. Prezident də eyni sözləri dedi. Nəyə görə prezidentə «müxalifətçi» demirlər? Deməli, biz həqiqəti deyirmişik».

Bu fikirlər Ramin Hacılının Milli Məclis seçkilərinə namizədliyini geri götürməsi ilə bağlı müraciətindəndir. O, videomüraciəti oktyabrın 25-da özünün «Facebook» hesabında yayıb.

MÜRACİƏT YAYILANDAN SONRA...

Müraciətinin yayılmasından bir neçə saat sonra Ramin Hacılı yoxa çıxıb. Yaxınları Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciət etdiklərini, amma hələ də ondan səs-soraq olmadığını deyirlər.

Ramin Hacılının həyat yoldaşı Aysel Əlizadə deyir ki, onun telefonlarına zəng çatmır, heç cür harada olmasını öyrənə bilmirlər:

«Dünən gedəsi bir yeri yox idi. Harasa gedəcəyini deməmişdi».

Ramin Hacılının namizədliyi 19 saylı Nərimanov Birinci Seçki Dairəsində qeydə alınmışdı. Müraciətində namizədliyini geri götürməsinə səbəb kimi seçki pozuntularını göstərib:

«Beynəlxalq ictimaiyyətin tanımayacağı, xalqın səsinin nəzərə alınmayacağı, namizədlərə heç bir şans verməyən, dövlətin gücünü saxtakarlığa sərf edən hakimiyyətin seçki oyunu pozulmalıdır…»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyir ki, Ramin Hacılının yaxınları «102»yə müraciət ediblərsə, onun harada olması araşdırılacaq və nəticəsi haqda ailə üzləri məlumatlandırılacaq.

Ramin Hacılı Ümid Partiyası sədrinin beynəlxalq əlaqələr və strateji məsələlər üzrə müavini, Azərbaycan Avropa Hərəkatının prezidentidir.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG