Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:43

Suriyalı qaçqının sərgüzəştləri


Rami soyadını demir ki, Suriyadakıların başı ağrımasın

Rami soyadını demir ki, Suriyadakıların başı ağrımasın

Suriyalı Rami müharibənin xaraba qoyduğu vətənindən Almaniyadakı yeni həyata qovuşmaq üçün 3000 kilometrlik yolu 3000 avroya keçib

AzadlıqRadiosunun müxbirləri Dusan Komarcevic və Tony Wesolowsky yazırlar ki, Rami minlərlə avro rüşvət paylayıb, polis tərəfindən yaxalanıb, saysız saatlar ərzində meşələrdən və qaranlıq guşələrdən keçib.

Bütün bunları müharibənin xaraba qoyduğu vətənindən qaçmaq üçün edib. Xəyallarının mənzili Almaniyaya çatmaq üçün…

İndi 24 yaşlı dəməşqli gənc vətənindən 3000 kilometr aralıda oturub və deyəsən, qaçqınların “Avropaya Balkan yolu” adlandırdıqları marşrutu başa vurduqdan sonra bir az rahatlamış görünür.

Bu il Avropaya 850 min miqrantın gələcəyi gözlənilir

Bu il Avropaya 850 min miqrantın gələcəyi gözlənilir

O Suriyadan, Əfqanıstan, İraq və Şimali Afrikadan minlərlə başqa qaçqın və miqrantın keçib gəldiyi bir yolu keçib.

Çoxları əvvəlcə Avropa İttifaqının üzvü olan Yunanıstana gəlir və qısa müddətdən sonra Balkanlar vasitəsi ilə Macarıstana və “Köhnə Avropa” kimi tanınan başqa istiqamətlərə yönəlirlər.

Məqalədə deyilir ki, BMT-nin məlumatına görə bu il və gələn il Aralıq dənizini keçərək Avropaya gələn miqrantların sayı 850 mini keçəcək.

Avropaya belə böyük insan axını İttifaq ölkələri arasında sərhədlərin ləğvi üçün düşünülmüş Şengen vizasının gələcəyini kölgə altına salır. Berlin bildirir ki, təkcə bu il 850 min insanın Almaniyadan sığınacaq istəyəcəyini gözləyir.

Əvvəlcə Türkiyəyə

Suriyadakı qohumlarının başına iş gələcəyindən qorxan Rami soyadını demək istəmir. O hazırda Şərqi Almaniyadakı qaçqın düşərgələrindən birində sığınacaq ərizəsinə baxılmasını gözləyir. O deyir ki, “almanlar yaxşıdırlar” və bu ölkədə gələcəyini parlaq görür. Rami Suriya universitetində ingilis dilini öyrənib və ümid edir ki, bu dil ona yeni vətənində lazım olacaq.

Türkiyədən Yunanıstana "dəniz yolu"

Türkiyədən Yunanıstana "dəniz yolu"

Əslində onun səfəri iki il əvvəl, o, ailəsini tərk edəndə başlayıb. Suriyada prezident Assad-ın tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalar ölkəni xarabazarlığa çevirib.

BMT-nin məlumatına görə 4 milyonadək suriyalı Türkiyə, Livan, İordaniya və İraqda qaçqın kimi qeydiyyatdadır. Daha səkkiz milyon insan Suriyanın öz ərazisində didərgindir.

Rami deyir ki, Qərbi Avropaya getmək üçün əvvəl Türkiyədə işləyib ki, yolpulu yığsın. Türk dilini zəif bildiyindən əsasən “qara fəhləlik” edib.

Gəmi, avtobus, qatar...

İyul ayında artıq Raminin İzmirdən qayığa minib başqa qaçqınların gəldiyi Yunanıstanın Kos adasına üzmək üçün kifayət qədər pulu olub. Egey dəniz yolu cəmi bir neçə kilometrlik olsa da, qaçaqmalçılar ondan 1200 dollar istəyiblər.

Makedoniya sərhədi

Makedoniya sərhədi

Avqust ayında o Yunanıstan hökumətinin qaçqınlara ayırdığı bərə ilə Afinaya gəlib. Buradan avtobusla Makedoniyaya hərəkət edib.

Sonra Rami başqa bir qrup miqrantla Makedoniya-Serbiya sərhədini qatarla keçib.

Dediyinə görə, bu nöqtəyə qədər hər şey az-çox plana uyğun gedirmiş. Bütün çətinliklər Serbiyada başlanıb. Burada gecə vaxtı kilometrlərlə meşəliyi yarıb keçmək, serb polisindən gizlənmək lazım gəlirdi.

Rüşvətə çox oxşayan cərimə

Serbiya sərhədçiləri onu həbs edərək Presevodakı qaçqın məntəqəsinə gətiriblər. Burada onlara 10 günlük viza verilib.

Serbiyadakı Presevo qaçqın düşərgəsi

Serbiyadakı Presevo qaçqın düşərgəsi

Artıq pul-parası tükənməkdə olan Rami avtobusla Serbiyanın paytaxtı Belqrada gəlib. Buradan qatarla Macarıstana getməli imişlər. Lakin iki cəhd etməli olublar. Birinci cəhddə polis onları vizalarının qurtardığına görə həbs edib və məhkəməyə gətirib. 50 nəfərdən ibarətə qrupa deyiblər ki, buraxılmaları üçün ya adambaşına 50 avro cərimə ödəməlidirlər, ya da 5 gün həbsxanada gözləməli olacaqlar.

50 avronu ödəmək yeganə çıxış yolu olub. İkinci dəfə sərhədi Hargosda keçiblər. Bu dəfə bəxtləri gətirib ki, yağış yağıb və ətrafda elə də çox polis olmayıb.

Macarıstandakı yanacaqdoldurma məntəqəsi

Telefonlarındakı GPS onları Macarıstanda bir yanacaqdoldurma məntəqəsinə gətirib. Lakin bura çatmaq üçün meşə ilə 5 saat yeriməli olublar.

Telefonlarındakı GPS onları Macarıstanda bir yanacaqdoldurma məntəqəsinə gətirib.

Rami deyir ki, bu yanacaqdoldurma məntəqsindən yol maşınları miqrantları paytaxt Budapeştdəki spesifik otellərə aparır. Spesifik ona görə ki, bu otellər qaçqınları qəbul edir.

Telefonlarındakı GPS onları Macarıstanda bir yanacaqdoldurma məntəqəsinə gətirib.

Lakin bu otellərə gəlib çıxmaq üçün sürücülərə 250 avro ödəməli olublar.

Burada, oteldə artıq Almaniyaya getmək istəyən miqrantlar qarışqa kimi qaynaşırdılar. Mikroavtobuslarla daha az pulla Avstriyaya da getmək mümkün idi.

Əfqan sürücünün taksisində

“Biz taksi sürücüsünə adambaşına 600 avro ödədik – deyir Rami, - Sürücüyə deyəndə ki, o pulun bir hissəsi suriyalı qaçaqmalçıya çatacaqdı. Onlar otellərin qarşısında gəzib taksi sürücüləri ilə sövdələşirlər. 600 avronu ona verirsən. Daha sürücüyə nə qədər verir onun öz işidir…”

Son mərhələ - taksi ilə Almaniyaya

Son mərhələ - taksi ilə Almaniyaya

Milliyyətcə əfqan olan sürücü onlara deyib ki, onları Almaniyada, Münhen yaxınlığındakı bir otelə apara bilər. Amma həqiqət başqa cür imiş.

“O bizi Almaniya-Avstriya sərhədində düşürüb dedi ki, 100 metr getsəniz artıq Almaniyadasınız. Aldatmışdı bizi” – deyə xatırlayır Rami.

Bir dostunun məsləhəti ilə Rami Şinheymdəki qaçqın mərkəzinə gəlib.

Hesablayır ki, Almaniyaya gəlib çıxmaq ona 3 min avroya oturub. Amma peşman deyil. Ümid edir ki, tezliklə burada ingilis dili müəllimi olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG