Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 10:38

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Bayram namazının saat 9-da qılınacağı bildirilir.

Təzəpir məscidində bayram namazına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin də qatılacağı gözlənilir.

Bayram iyulun 7-dək davam edəcək.

QMİ-nin Qazılar Şurasının fətvası ilə Azərbaycanda Ramazan ayı iyunun 7-də başlayıb. Ancaq bu fətva ölkədə bəzi dindarların narazılığı ilə qarşılanmışdı. Onları əsasən bir sual düşündürürdü - Necə olur ki, Türkiyədə orucluq iyunun 6-da başlayır, Azərbaycanda isə bundan bir gün sonra? Bəzi ekspertlər deyirdilər ki, QMİ İranın yolu ilə gedir.

Ancaq bu iddialara cavab olaraq QMİ sədri Allahşükür Paşazadə demişdi ki, onlar Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarını əsas götürüblər.
Türkiyədə artıq Ramazan bayramı dünəndən qeyd edilməyə başlayıb.

Oruc tutan insanlar iftara qədər yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

İslam inancına görə, Qurani-Kərim Ramazan ayında göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG