Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

Ramana sakinləri: 'Bizə deyirlər guya bu ərazilər 1963-cü ildən onlara ayrılıb...'


Tikintiyə ayrılan torpaq sahəsi (arxiv fotosu)

Tikintiyə ayrılan torpaq sahəsi (arxiv fotosu)

Toy, pardon-pardon, ərazi kimindir?

Bakı şəhər İcra Hakimiyyəti başçısının 11 fevral 2000-ci il tarixli, 134 saylı sərəncamına görə, Bakı-aeroport yolunun sol tərəfində yerləşən Hövsan Aerasiya stansiyasına məxsus olan lil meydançası bölünüb. Bu bölgüyə əsasən, 10 hektar torpaq sahəsi “Bakıkanalizasiya” İstehsalat Birliyinə Hövsan Aerasiya stansiyasının lil meydançasının təşkili üçün saxlanılıb. Yerdə qalan 37,5 hektar sahə isə paytaxtın başqa rayonlarından mənzil növbəsində olan vətəndaşlara fərdi ev tikilməsi üçün paylanmalıdır. Bu sahə Suraxanı rayon İcra Hakimiyyətinə təhkim olunub. 2004-cü ilin iyununadək ərazı vətəndaşlara paylanıb və qısa müddətdə fərdi evlər tikilərək, iri yaşayış massivi salınıb.

Buna da bax:​ Bayıl sakinləri: 'Bəhrə' məhəlləyə gələndən sonra...'

Və... bu il...

Burada yaşayanların çoxu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2005-2015-ci illərdə mənzillərinə “çıxarış” da alıb. Və... bu il Dövlət Neft Şirkəti və Almaniyanın “Qrünwald” şirkəti arasında 1994-cü ildə bağlanmış müqavilə əsasında yaradılan “AzGerneft” MMC-nin əməkdaşları qəfildən qapıları döyüb. Sakinlər yazır:

“... AzGerneft” MMC iddia edir ki, guya bu ərazilər 1963-cü ildə onlara ayrılıb və biz də bu torpaq sahələrini zəbt edərək tikinti aparmışıq. Halbuki bu torpaq sahəsi 2000-ci ilin fevralından vətəndaşlara paylanıb və 37,5 ha torpaq sahəsində 16 ildə 2 mindən çox ev inşa olunub. Burada, əməlli-başlı, həyat qaynayır. Doğulan uşaqlar böyüyüb, həddi-büluğa çatıb və bu yaxınlarda əsgər gedəcəklər. Sual olunur ki, 1994-cü ildən fəaliyyətdə olan “AzGerneft “ MMC niyə evlər tikiləndən 16 il sonra ərazinin ona məxsus olmasını iddia etməyə başlayıb?.. Niyə “AzGerneft” MMC 1978-ci ildən “Bakkanalizasiya”nın balansındakı ərazini 2000-ci ildə bölüşdürərkən ortaya çıxıb demədi ki, “bura mənimdir?”. Əgər bu ərazi onundursa, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti buradakı evlərə “çıxarış” verə bilməzdi. Söhbət dövlətin adından sənəd verən qurumdan gedir”.

Buna da bax:​ Əhmədlidə ağacları elə kəsirlər, izi qalmır...

16 il ötəndən sonra?

Sakinlər uzunluğu 240, eni 10 metr olan 29 məhəllədaxili küçənin salınmasından 16 il ötəndən sonra hansısa şirkətin bu əraziyə iddia etməsini gülünc sayır. Onların sözlərinə görə, hələ 2011-ci ilin yazında Dövlət Neft Şirkətinə məxsus helikopterlər yaşayış massivi üzərində bir neçə dəfə dövrə vuraraq ərazinin xəritəsini hazırlayıb və saxta sənədlər tərtib etdikdən sonra guya ərazinin “AzGerneft” MMC-yə aid olması barədə səs-küy salıb.

Daha sonra şirkət Daxili İşlər Nazirliyi Mühafizə Polis İdarəsi ilə ərazidə hər hansı tikinti işlərinin aparılmaması üçün müqavilə bağlayıb, ərazi ciddi nəzarətə götürülüb.

Sakinlər xəbər tutunca...

Ərazidə yaşayanlar bundan xəbər tutunca, dərhal ölkə başçısına və güc orqanlarına müraciət məktubu göndərərək, “AzGerneft” MMC-nin ərazi iddiası ilə bağlı özbaşınalıqlarının qarşısının alınmasını tələb ediblər. Sakinlərin ərizəsi Bakı Şəhər Baş Polis İdarəsinə verilib ki, araşdırılsın. Müstəntiq əraziyə baxış keçirib, şikayətçilərin izahatları alınıb, mənzillərə dövlət orqanı tərəfindən verilmiş “çıxarış”ların surəti götürülüb. Şirkət əməkdaşlarından biri sakinlərə qarşı özbaşınalığa görə işdən qovulub. Məsələ böyüdüyündən və səsi möhkəm çıxdığından mühafizə polisləri də ərazidən çıxıb. Yaranan sakitlikdən sakinlərdə belə fikir yaranıb ki, “AzGerneft” MMC ərazi iddiasından əl çəkib.

Buna da bax: Evə sənəd almaq asanlaşıb?

Sakinlər yazırlar ki...

“... Sən demə, şirkətin susqunluğu bir müddətlik imiş. Hazırda şirkət yenə əvvəlki iddiaları ilə üstümüzə gəlib. Guya ərazidə neft hasil edəcəklər. Harda görünüb ki, 20 ilə yaxın yaşayış olan iri bir massivi dağıdıb orda neft çıxarsınlar? Bəs 2 min ailə necə olsun? Bu ailələrin hərəsində 4-5 nəfər yaşayır. Bu ailələrdə nə qədər qoca, xəstə, əlil, körpə var. 1-2 nəfərin marağına görə bu boyda əhalini yerindən tərpətmək - həm də getməyə yeri olmayan əhalini çöllərə salmaq nə deməkdir?”.

Bircə cümləlik cavab

Neft məmulatlarının nəqli və satışı ilə məşğul olan “Azgerneft” MMC-dən məsələyə bircə cümlə ilə münasibət bildirilib: “Ərazi zəbt edilib və məhkəməyə müraciət olunacaq”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG