Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:41

11 milyardını qorumalı Akhmetov oyuna daxil olur - Mətbuat icmalı


Rinat Akhmetov May 13, 2014
Rinat Akhmetov May 13, 2014
Ukraynanın ən varlı adamının Donbasda maaş verdiyi fəhlələrin sayı 300 mindir. Dünyada vətəndaşlığı olmayan 10 milyon adam var. – Mətbuat icmalı

UKRAYNANIN ŞƏRQİNDƏ DÖNÜŞ YARANIR?

New York Times qəzeti yazır ki, Mariupolda polad zavodunun minlərlə işçisi şəhərin küçələri ilə yürüş ediblər və şəhərə nəzarəti rusiyapərəst yaraqlıların əlindən alıblər. Donetsk də daxil olmaqla şərq regionunun 5 şəhərində belə nümayiş olub.

Qəzet hesab edir ki, o biri şəhərlərdə şaxtaçılar və fəhlələr Mariupoldakı kimi aparıcı qüvvəyə çevrilməyiblər, ancaq ola bilsin ki, şərq regionlarında vəziyyətdə dönüş baş verir.

Guardian qəzeti yazır ki, Mariupolda küçələrə çıxan və şəhərə nəzarəti rusiyapərəst yaraqlılardan alan fəhlələr Ukraynanın ən varlı adamı olan Rinat Akhmetovun polad zavodlarının işçiləridir.

Forbes jurnalına görə 11,4 milyard dollar var-dövləti olan və bunun da çox hissəsi indi separtaçılıq əhvalının bürüdüyü şərqi Ukraynada olan Akhmetov mübarizəyə qatılmağa məcbur olur.

Akhmetovun Donbasda maaş verdiyi işçlilərin sayı 300 mindir. Onların ailə üzvlərini də nəzərə alnda bu, böyük bir ordudur.

Təhlilçilərin fikrincə, Akhmetov indiyə kimi passiv mövqedə dururdu, Şərqi Ukraynadakı separataçılarla rəsmi Kiyevin mübarizəsinə qarışmırdı, ancaq indi görür ki, bu passiv taktika nəticə vermir.

Maraqlıdır ki, hər iki tərəf Akhmetovu öz tərəfdaşı sayır. Donetskdə özünü respublika elan edənlərin lideri Denis Pushlin deyir ki. o, Axmetovla tez-tez görüşür.

Donetskin başqa oliqarxı, metal baronu, Kiyevin Donetsk regionuna qubernator təyin etdiyi Taruta isə deyir ki, Axmetov separatçıların tərəfində deyil: “Baxın, Mariupolda onun fəhlələri hansı rolu oynayır. Onun işçiləri burda baş verənlərlə davaya qalxır”.

10 MİLYON

Dünyada 10 milyon vətəndaşlığı olmayan adam var.

Economist jurnalı yazır ki, bəziləri xoşbəxt doğulur. Məsələn, ABŞ-da Livanlı atadan və Yaponiyalı anadan doğulan uşaq istəsə 3 pasport ala bilər.

Bəziləri isə bədbəxt doğulur, məsələn Norveçdə livanlı anadan və naməlum atadan olan uşaq heç bir pasport ala bilmir. (Bu baxımdan inkişaf etmiş ölkələr arasında Norveç istisnadır. İnkişaf etmiş ölkə bir qayda olaraq onun ərazisində anadan olan uşağa vətəndaşlıq verir ) .

Vətəndaşlığı olmayanlar qanuni olaraq işə düzələ bilmirlər, başqa ölkəyə gedə bilmirlər.

Dünyada ən çox vətəndaşlığı olmayan insan Myanmardadır – 800 min. Fil Dişi Sahilində 650 min, Rusiyada 190 min vətəndaşlığı olmayan şəxs var.

QAZAXISTANDA 2 QADININ EVLƏNMƏYİ

Qazaxıstanda eyni cinsdən olanların ilk evlənməyi faciə ilə bitdi.

2013-cü ilin mayında Qazaxıstanda ilk dəfə olaraq iki qadın – Kristina və Karolina evləndi. Qazaxıstanın Tengri NewsZakon. kz saytlarının verdiyi xəbərə görə, onlardan biri - Kristina əvvəlcə yoxa çıxdı, sonra isə onun doğranmış və yandırılmış meyitini tapdılar. İndi isə şübhəli qismində onun həyat yoldaşı – Karolina həbs olunub.

BBC xatırladır ki, eyni cinsdən olanların evlənməyini rəsmən qəbul etməyən Qazaxıstanda iki qadının evlənməyinə sosial mediada çox mənfi reaksiya var idi. Onlar isə evlənəndə yazırdılar ki, “Biz evlənməklə tam xoşbəxtliyi yaşamaq istəyirik”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG