Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:49

Raketi ABŞ-a qaytarmaq əvəzinə Kubaya göndəriblər


İllüstrasiya
İllüstrasiya

►ABŞ raketi qaytarması üçün Kuba ilə gizli danışıq aparıb

Wall Street Journal qəzetinin verdiyi məlumata görə, insident 2014-cü ildə baş verib. 2014-cü ilin əvvəlində Lockheed Martin korporasiyası Orlando hava limanından (Florida ştatı) "hava - yer" tipli Hellfire raketini NATO təlimlərində istifadə üçün Avropaya, İspaniyaya göndərib, ancaq sonradan o, naməlum səbəbdən ABŞ əvəzinə Kubaya qaytarılıb.

Raket istifadə olunduqdan sonra Madrid-Frankfurt marşrutu ilə gedib sonradan Floridaya qaytarılmalı olduğu halda Fransanın Ruassi şəhərinə, ordan da Air France hava yolları şirkəti ilə Havanaya göndərilib.

Lockheed Martin korporasiyası raketin itirildiyini anlayandan sonra ABŞ Dövlət Departamentinə xəbər verib.

Buna da bax: Vergilər Nazirliyi müğənniləri “ciddi nəzarət”ə götürüb

Qəzet yazır ki, Vaşinqton bütöv bir il ərzində Kuba hakim dairələrinin raketin sensorları və sistem təlimatları ilə bağlı texnologiyaları Çin, KXDR, yaxud Rusiya kimi ölkələrə ötürə biləcəyindən ehtiyat edərək gizli şəkildə Havananı Hellfire-i qaytarmağa çağırıb.

Qəzetin yazdığına görə, federal idarələr insidentin arxasında kimin - "xəfiyyələrin, yoxsa mütəşəkkil cinayətkarların" dayandığını, ya da hadisənin sadəcə olaraq nadir təsadüf olduğunu - müəyyən etməyə çalışıblar, amma bir nəticə əldə etməyiblər.

"Raketi Kubaya göndərmək üçün kimsə rüşvətmi alıb? Bu, xüsusi əməliyyat olub, yoxsa silsilə səhvlərin nəticəsi? Biz məhz bunu aydınlaşdırmağa çalışırıq," - deyə bir ABŞ rəsmisi bildirib.

Qəzet yazır ki, raketin səhv nəticəsində itirildiyi müəyyən edilərsə, Dövlət Departamenti araşdırmanı dayandırıb Lockheed Martin korporasiyası ilə məşğul olacaq. ABŞ qanunlarına görə, bu korporasiya hərbi, yaxud ikili təyinatlı məhsulun ixracına qoyulmuş qadağanı pozduğuna görə çoxmilyonlu cərimə ödəməli ola bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG