Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:01

Ermənistan "İsgəndər"i hansı pulla aldığını açıqlayır


Yerevan - Azadlıq Radiosunun Ermənistan xidmətinin rəhbəri Hrair Tamrazian (solda) və müdafiə nazirinin müavini Davit Tonoyan
Yerevan - Azadlıq Radiosunun Ermənistan xidmətinin rəhbəri Hrair Tamrazian (solda) və müdafiə nazirinin müavini Davit Tonoyan

Ermənistanın müdafiə nazirinin müavini "İsgəndər" raketlərinin onun nəzarətində olmaması ilə bağlı xəbərlərə münasibət bildirib.

Ermənistanın Rusiyadan aldığı deyilən və bir neçə gün əvvəl Yerevandakı hərbi paradda nümayiş etdirilən "İsgəndər" raketlərinə Bakıda "Ermənistanın deyil", "Rusiyanındı, sadəcə guya Ermənistanın olduğu haqda təsəvvür yaradılır", "ermənilərin "İsgəndər" almağa pulu yoxdu" kimi reaksiyalar olmuşdu.

Ermənistan müdafiə nazirinin müavini David Tonoyan Azadlıq Radiosunun yerli xidmətinin rəhbəri Hrayr Tamrazyana verdiyi müsahibəsində deyib ki, sözügdən raketlər dövlət büdcəsinin vəsaitləri hesabına alınıb və tam olaraq Ermənistanın silahlı qüvvələrinin nəzarətindədir:

"Tezliklə siz özünüz də bunun şahidi olacaqsınız. O mənada yox ki, raketlərdən istifadə olunacaq, o mənada ki, hazırlıq proqramları həyata keçiriləcək"

H.Tamrazyan nazir müavinindən onu da soruşub ki, Azərbaycan hücum silahları, o cümlədən tanklar aldığı vaxtda "İsgəndər"in alınması Ermənistanın Azərbaycan üzərində üstünlük qazanması anlamına gələ bilərmi?

D.Toroyan deyib ki, indi Azərbaycanın malik olduğu hərbi texnika ona Ermənistan üzərində üstünlük vermir, çünki buna qarşı yönələn hərbi vəzifələr "erməni hərbçilərinin, özəlliklə də, xüsusitəyinatlıların yüksək döyüş hazırlığı vasitəsilə həll edilir"

Onun sözlərinə görə, "İsgəndər" və tankların alınması ayrı-ayrı səviyyələrdə olan məsələlərdir: "Biri var strateji vəzifələr, biri də var taktiki və operativ-taktiki səviyyələr".

Bu ilin aprelində Azərbaycan Qarabağda işğal altında olan yüksəkliklərin bəzilərini azad edib. Bundan sonra Ermənistan rəhbərliyi təcili Rusiyadan yeni silahlar alınması məsələsini gündəmə gətirib.

Buna da bax: "Bu parad yox, parodiyadır"

Nazir müavini: "Ermənilərin paradı parad deyil, parodiyadır"
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

XS
SM
MD
LG