Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:02

Həbsdəki cəbhəçinin oğlunu da polisə aparıblar


İcazəli aksiyalarda niyə həbslər olur?
Gözlə

No media source currently available

0:00 0:14:42 0:00

İcazəli aksiyalarda niyə həbslər olur?

Sentyabrın 24-də səhər saatlarında AXCP Sabirabad şöbəsinin həbsdə saxlanan funksioneri, partiyanın Ali Məclisinin üzvü Sahib Rüstəmlinın oğlu Rail Rüstəmli polisə aparılıb.

Bu haqda partiyanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, polis əməkdaşları R.Rüstəmlini rəsmi çağırış olmadan evdən aparıblar.

«Rail Rüstəmlinin durumundan ciddi narahatıq. O, neçə gün idi, hüquq-mühafizə orqanları tərəfindən sərt formada hədələnirdi. Rail onları ictimailəşdirməyib, lakin onların bir çoxu qeydə alınıb saxlanılır», - partiyanın məlumatında bildirilir.

Partiya bəyan edir ki, R.Rüstəmli AXCP üzvü olduğuna, atasının haqsız həbsinə etiraz etdiyinə, sosial şəbəkələrdə fəallığına görə saxlanıb.

«Rail Rüstəmli atasının həbsinin hüquqi davasını aparır, bu işi məhkəməyə hazırlayırdı. Bütün bundan xəbərdar olan yerli polis ona açıq təhdidlər yağdırır, sakitləşməsə, həbs və başqa tədbirlər görüləcəyini bildirirdi», - partiyanın açıqlamasında qeyd olunur.

AXCP R.Rüstəmliyə işgəncə verilməsindən də narahatlığını ifadə edib.

Sabirabad rayon Polis İdarəsindən R.Rüstəmlinin saxlanmasını şərh etməyiblər.

R.Rüstəmlinin atası Sahib Rüstəmli Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 17-də keçirdiyi icazəli mitinqdən sonra həbs edilmişdi. Ona 15 sutka inzibati həbs cəzası verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG