Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:42

►"Azadlıq" qəzetinin öz əməkdaşlarına 100 min manatdan çox borcu var

“Bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, “Azadlıq” qəzeti azad mətbuat prinsiplərinə sadiq qalmağa və həqiqətə qulluq etməyə davam edir. Eyni zamanda, qəzetin vəziyyəti Azərbaycanda azad mətbuatın ümumi vəziyyətinin göstəricisidir”.

Bu sözləri Milli Mətbuat Günü ilə əlaqədar “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rəhim Hacıyev bildirib.

100 min manatdan çox əmək haqqı borcu...

“Təəssüf ki, bu gün Mətbuat Gününü biz yenə uzun illərdir davam edən ağır vəziyyətdə - əməkdaşların həbsləri və döyülməsi, astronomik məhkəmə cərimələri, qəzetin yayılmasına olan maneələr şəraitində qeyd edirik. Ölkənin aparıcı jurnalistlərindən biri, saxta xuliqanlıq ittihamı ilə mühakimə edilmiş Seymur Həzi həbsdə qalmaqdadır. Maliyyə problemləri ilə əlaqədar redaksiyanın əməkdaşlarına 100 min manatdan çox əmək haqqı borcu var və qəzet yalnız onların fədakarlığı sayəsində nəşr olunur ”, - deyə R.Hacıyev bildirib.

O qeyd edib ki, “Azadlıq” dövlətin aztirajlı və hakimiyyətyönlü qəzetlərin saxlanmasından ötrü əliaçıqlıqla verilən maliyyə dəstəyindən məhrumdur.

Buna da bax: Əli Həsənov mətbuat azadlığından danışdı

Reklamdan, dövlət yardımından məhrum...

Rahim Hacıyevin deməsinə görə, normal demokratik ölkədə mətbuat dövlətin köməyinə ehtiyac duymamalıdır. KİV-in biznes qurumları kimi işləmək imkanı olmalıdır, özlər tirajlar və reklam ilə qazanmalıdır.

““Azadlıq” qəzeti uzun illərdir bu mənbələrdən məhrumdur. Belə ki, bizə reklam verilməsini qadağan ediblər”, deyə o bildirib.

Baş redaktorunun birinci müavini deyib ki, iqtisadi cəhətdən boğma prosesi davam edir. Onun bildirməsinə görə, 90-cı illərin sonlarında KİV-in 70 faiz müstəqil idisə, bu gün onların əksəriyyəti təzyiqə tab gətirməyərək, hakimiyyətə işləyir.

“Təəssüf ki, azad media ictimaiyyəti artıq kiçik bir qüvvəyə çevrilib. Amma azsaylı vicdanlı jurnalistlər öz mübarizəsini davam etdirir və cəmiyyətin onlara ehtiyacı var. “Azadlıq” qəzetinin on-line versiyasına gündəlik baxışlar on minlərlə orijinal İP-dən ibarət olur. Bu da insanların azad mətbuata ehtiyacından, müstəqil və obyektiv mənbələrə olan maraqdan xəbər verir”, deyə Hacıyev qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG