Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:21

"Qarabağ"ın futbolçusu əməliyyat olundu


Rahid Əmirquliyev Sofiyada Euro 2016 seçim turunda

Rahid Əmirquliyev Sofiyada Euro 2016 seçim turunda

"Qarabağ" klubunun futbolçusu Rahid Əmirquliyev Almaniyada əməliyyat olunub.

Bu barədə klubun rəsmi saytında xəbər verilib. 27 yaşlı yarımmüdafiəçinin hazırda bərpa dövrü keçirdiyi bildirilir.

Onun Bakıya gələn həftə qayıdacağı gözlənilir.

Qış transfer pəncərəsi zamanı "Xəzər Lənkəran" klubundan "Qarabağ"ın sıralarına qoşulan Azərbaycan milli komandasının futbolçusu təlim-məşq toplanışı zamanı zədələnmişdi. O, həmin vaxt bir ayadək yaşıl meydanlardan uzaq qaldı.
Zədəsini sağaldaraq martın 2-də "Sumqayıt"la Azərbaycan Kubokunun ilk yarımfinal görüşündə debüt edən Rahid Əmirquliyev elə birinci hissədəcə yenidən zədələnib:

“27 yaşlı futbolçu Almaniyaya əməliyyata göndərilmişdi.
Artıq futbolçu uğurla əməliyyat olunub və hazırda reabilitasiya dönəmi keçir”-deyə kubun saytında qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG