Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:15

Yazıçı-publisist Rafiq Tağının ölümünün 5 il ötür. Noyabrın 23-də mərhum yazıçı-publisistin xatirəsi məzarı başında anılıb.

Anım mərasiminə yazıçının ailə üzvləri, həmkarları, ictimaiyyət nümayəndələri qatılıblar.

İştirakçılar R.Tağının ruhuna dualar oxuyublar. Mərasimdə R.Tağının həmkarları onunla bağlı xatirələrini bölüşüblər. Rafiq Tağının öldürülməsi azad düşüncəyə qəsd kimi dəyərləndirilib.

Buna da bax:​ Rafiq Tağının xanımı: Bu hakimiyyətin dövründə qətlin açılmasına inanmıram

Rafiq Tağını 2011-ci il noyabrın 19-da işdən evinə gedəndə küçədə naməlum şəxs bıçaqlamışdı. O, 4 gün sonra xəstəxanada vəfat etdi.

Yazıçı bıçaqlanandan sonra xəstəxanada AzadlıqRadiosu-na verdiyi müsahibədə yazılarına görə, hədəfə alındığını güman etdiyini demişdi.

Buna da bax: Rafiq Tağı məzarı başında anıldı

R.Tagının ölümü ilə bağlı cinayət işi açılıb, amma 2014-cü ildə iş üzrə icraat dayandırılıb. Prokurorluq cinayət işi üzrə qərarını belə əsaslandırmışdı:

“Təqsirləndirilən qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq, iş üzrə icraat dayandırılıb”.

Bu qərarı mərhum yazıçının ailə üzvləri və həmkarları narazılıqla qarşılayıblar.

Buna da bax:

Rafiq Tağı anıldı. 23noy2016

Rafiq Tağı anıldı. 23noy2016

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG