Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:25

Azərbaycanlı aktrisa 'Ən yaxşı aktrisa' adı aldı


Azərbaycanlı aktrisa Tahmina Rafaella
Azərbaycanlı aktrisa Tahmina Rafaella

Təhminə Rafaella “İçəri şəhər” filmindəki roluna görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, festival oktyabrın 28-dən 31-dək Van şəhərində keçirilib.

Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Buna da bax:​ 69-cu Kann Film Festivalında Azərbaycan pavilyonu qurulub

Filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və b. canlandırır.

“İçəri şəhər” filmi 35-ci Qahirə Beynəlxalq Film Festivalına və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) da dəvət alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG