Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

Əhalinin hər hansı məişət qurğuları ilə təmin olunması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) səlahiyyətlərinə aid deyil.

APA xəbəri nazirliyə istinadən yayıb.

"Uzun müddətdir ki, ayrı-ayrı şirkətlər tərəfindən qəbuledici avadanlıqlar radioelektron malların satış məntəqələrində müxtəlif qiymətlərlə əhaliyə təklif olunur. "Azərpoçt" tərəfindən poçt şöbələrində bu qurğuların münasib qiymətlə satışı isə əlavə, yardımçı bir tədbirdir. Məqsəd dekoderlərin qiymətinin süni surətdə qaldırılmasının qarşısının alınması və əhalinin bu qurğulara olan tələbatının ödənilməsinə köməkdir. Bu işlər tələbata uyğun olaraq "Azərpoçt" tərəfindən davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Buna da bax: Bakı sakinləri dekoder növbəsində günlər itirirlər

Bildirilir ki, analoq televiziya yayımından rəqəmli televiziya yayımına keçidin zəruriliyi yarandığından 2006-cı ildə Beynəlxalq Telekommunikasiya İttifaqında bu məsələlər müzakirə edilib. Dünya ölkələrinin bu keçidə hazırlığı nəzərə alınaraq 2015-ci ildə rəqəmli yayıma tam keçilməsi və analoq yayımın dayandırılması üzrə bütün üzv ölkələr öhdəlik qəbul ediblər.

Noyabrın 1-dən Bakı və Abşeron ərazisində rəqəmsal yayıma keçilib. Bununla bağlı bir sıra televizorların siqnalları qəbul etmək problemi yaranıb. Siqnalların qəbul olunması üçün dekoderlərin alınması tövsiyyə edilib, bu satışı paytaxt və yarımadanın poçt şöbələri həyata keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG