Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:09

Oktyabrın 18-i Qusar rayon mərkəzi bazarında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının xəbərinə görə, geyim mağazalarının yerləşdiyi şəhərin mərkəzi bazarının 200 m² ərazisi yanıb.

Bazarın ümumi sahəsi 500 m² olub.

Yanğının nədən baş verdiyi açıqlanmır. Yanğın saat 17:50-də söndürülüb.

6 gün öncə, oktyabrın 12-də “Şəki bazar” ASC-də də yanğın baş vermişdi.

Onda da sahəsi 2 hektar olan «Şəki Bazar» ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları konteyneri və 20 ədəd satış piştaxtası yanmışdı. Onda Azadlıq Radiosuna danışan ticarətçilər mağazalarını və satdıqları əşyaları sığortalamadıqlarını bildirirdilər.

Buna da bax: Şəki bazarında yanğın [Video]

Günün bütün mövzuları

XS
SM
MD
LG