Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:34

Qurban Bayramından sonra suları qırmızı rəngə boyanan şəhər


Bu qeyri-adi səhnə sosial media istifadəçilərinin gözündən yayınmayıb.

Bu qeyri-adi səhnə sosial media istifadəçilərinin gözündən yayınmayıb.

Banqladeşdə Qurban bayramı günlərində güclü yağışlar ara verməyib. Yağışın yaratdığı sel qurbanlıq heyvanların küçələrdəki qanına qarışaraq qırmızı rəngə boyanıb.

Sentyabrın 14-də paytaxt Dəkkənin küçələrində çəkilən fotolarda belə “qanlı sular”da çətinliklə hərəkət edən şəhər sakinləri təsvir olunub.

Qurban Bayramı (Eyd-ul-Adha) müsəlman təqvimində Ramazan Bayramından (Eyd-ul-Fitr) sonra ikinci böyük bayramdır.

Buna da bax:​ Dünya müsəlmanları Qurban bayramını qeyd edir

Hökumət yer ayırsa da, bəzi sakinlər qurbanlıq heyvanları elə küçədəcə kəsirlər...

Hökumət insanların qurban kəsə bilməsi üçün şəhərdə min yer ayırıb. Ancaq "Dhaka Tribune" qəzetinın yazdığına görə, güclü yağış və zəif kanalizasiya sistemi qana qarışan yağış sularının küçələrdən sel kimi axmasına səbəb olub. Bu qeyri-adi səhnə sosial media istifadəçilərinin gözündən yayınmayıb.

Tənqidçilər və heyvan hüquqları müdafiəçiləri bu qədim adəti "barbarlıq" adlandırıblar. Bir qrup istifadəçi isə Dəkkənin zəif kanalizasiya sistemini tənqid atəşinə tutub. Əhalisi çox sıx olan bu şəhər daim daşqın problemiylə üzləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG