Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:14

Qurban bayramıdır


Foto illüstrasiya
Foto illüstrasiya

Sentyabrın 12-si və 13-ü Azərbaycan Qurban Bayramını qeyd edir.

Bu münasibətlə sentyabrın 12-si səhər Azərbaycanın məscidlərində bayram namazları qılınır. Bayram namazları «Əjdərbəy» (Göy məscid) məscidində saat 8:00-da, «Təzə Pir» məscidində isə saat 9:00-da qılınacaq.

Bundan sonra qurbanlar kəsiləcək.

İslam ənənəsinə görə, qurban kəsilən heyvanın əti üç hissəyə bölünməlidir. Birinci hissəni heyvanın sahibi özünə götürməli, ikinci hissə qonum-qonşuya, üçüncü hissə isə imkansız ailələrə paylanmalıdır.

Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edib ki, heyvanların kəsilməsi mərasimi azyaşlı uşaqların gözü qarşısında icra edilməsin və bütün sanitar qaydalara əməl edilsin.

Qurban kəsilməsi Həcc ziyarətində yerinə yetirilən 18 vacib əməldən biri sayılır. Odur ki, Həcc ziyarətində olanların qurban kəsməsi vacibdir. Həccdən kənarda olanlara isə bu əməl imkana görə tövsiyə olunur.

Qurban kəsilməsi, hələ, islamdan öncə gələn bir sıra dinlərdə də öz əksini tapıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG