Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:17

ABŞ-dan bir xristian və bir müsəlman alim “Quran” və “İncil”i tərcümə edərək bir kitab halına salıblar. Kitabda 3 minə yaxın paralel mövzu və süjet nümayiş etdirilir.

"The Independent" qəzeti yazır ki, bu, oxucunun iki müqəddəs kitabı müstəqil müqayisə edə bilməsindən ötrüdür.

Kitabın müəllifi olan alimlər David HungerfordSafi Kaskas dostdurlar. On il əvvəl “Quran”ı ingiliscəyə çevirməyə başlayan cənab Kaskas bu layihəyə də elə o vaxtdan girişib. Hungerford və Kaskas hesab edirlər ki, onların layihəsi xristianlar və müsəlmanlar arasında barışıq yaradacaq.

"11 sentyabr hücumlarından sonra Qərbdə baş verən sosial gərginlik hallarının çoxu xristianların müsəlmanlardan və onların müqəddəs kitabı olan “Quran”dan qorxmasından qaynaqlanır", Kaskas deyir.

Buna da bax:​ «Quran»ın Azərbaycan dilində ilk təfsiri yenidən çap olunub

VAXTI ÇOXDAN ÇATMIŞ ƏSƏR

Alimin sözlərinə görə, belə bir əsərin vaxtı "çoxdan çatıb". O, "daha irimiqyaslı fəlakəti önləmək" istədiyini bildirib. Ona görə də insanların ən böyük dünya dinlərini "daha yaxşı anlaması üçün" dostu ilə birlikdə bu kitabı yazıb.

"Ümid edirik, bu tərcümə insanlara göstərəcək ki, xristianlıq və islam müəyyən qədər fərqlənsələr də, bu iki dinin davamçıları arasında nəhəng bir körpü də mövcuddur", doktor Hungerford bildirib.

Buna da bax: Lev Tolstoy. Ruhanilərə çağırış

Onun sözlərinə görə, İsa Məsihin adı “Quran”da "İsa peyğəmbər" olaraq yüzlərlə dəfə çəkilir.

Professor təəssüflə bildirir ki, müasir cəmiyyətdə islam və xristianlığın "ümumi bazasına" az diqqət yetirilir. Onun fikrincə, hər iki din "Nazaretli İsanın şəxsiyyətinə" xüsusi önəm verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG