Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:36

«100 minlik» məhkəmə dayandırıldı, amma ...


TV-jurnalist Qulu Məhərrəmli, 01.04.2016
TV-jurnalist Qulu Məhərrəmli, 01.04.2016

«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin sədri Arif Alışanovun uzun illər bu telekanalda çalışmış telejurnalist Qulu Məhərrəmliyə qarşı 100 min manatlıq iddiası üzrə məhkəmə prosesi dayandırılıb. Aprelin 25-də Nəsimi Rayon Məhkəməsində hakim Etibar Hümbətov bu barədə qərar çıxarıb.

Məhkəmə iclasında Qulu Məhərrəmlinin vəkili Nicat Gözəlov deyib ki, Arif Alışanovun telejurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı daha bir iddia üzrə Yasamal Rayon Məhkəməsində proses davam edir. Həmin məhkəmə prosesində hakim Alışanovun özünə qarşı təhqir və böhtan hesab etdiyi müsahibənin linqvistik ekspertizaya göndərilməsi haqda qərar qəbul edib: «Burada baxılan iddianın səbəbi də həmin müsahibədir. Ona görə də xahiş edirəm, həmin məhkəmə prosesi yekun qərar qəbul edənə qədər icraatı dayandırasınız».

Hakim vəsatəti təmin edib və Yasamal Rayon Məhkəməsinin sözügedən iş üzrə yekun qərarı çıxarılana qədər 100 minlik iddia əsasında məhkəmə prosesi dayandırılıb.

Xatırladaq ki, bu ilin fevralında Qulu Məhərrəmlinin Azərbaycanda televiziyanın yayıma başlamasının 60 illiyi ilə bağlı müsahibəsindəki fikirləri təhqir və böhtan kimi dəyərləndirən AzTV rəhbəri telejurnalistə qarşı ayrı-ayrılıqda iki məhkəmədə iddia qaldırıb. Bunlardan birində (Yasamal Rayon Məhkəməsində baxılan iddiada) Arif Alışanov keçmiş əməkdaşının CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Digər iddia ərizəsində isə Qulu Məhərrəmlidən onun barəsində səsləndirdiyi fikirlərə görə 100 min manat təzminat tələb edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG