Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

'Qulluqçu və bir çamadan qızıl' məhkəməsinə jurnalistlər buraxılmadı


Oğurluq qızıl və pullar.

Oğurluq qızıl və pullar.

Bakı Ağır Cinayətlər Məhkəməsində 160 min manatlıq bir çamadan qızıl-zinət əşyaları və pul oğurlamaqda suçlanan qulluqçu Sədaqət Məmmədovanın mühakiməsi davam edir.

Oğurluq Dövlət Gömrük Komitəsinin (DGK-nın) "Azərterminalkompleks" birliyinin direktoru, general-mayor Qambay Əliyevin evində baş verib.

Bu məhkəmədə olub-bitənlərin, o cümlədən Sədaqət Məmmədovanın ittihamı rədd eləməsi, məhkəməyə ifadəsində generalın kürəkənini və qızını günahlandırması barədə məlumatların mediada yayılması prosesə təsirsiz ötüşməyib. Açıq məhkəmə artıq media nümayəndələrə qapalı keçirilir.

Buna da bax:​ Gömrük işçisi: ‘Gördüm avamdı... 2 min 200 dollarını aldım’

Generalın işi jurnalistlərdən gizlədilir

Generalın nümayəndələri ötən məhkəmə iclaslarında da jurnalistlərin prosesi izləməsinə qadağa qoyulması barədə məsələ qaldırmışdılar. Məhkəmənin gizli keçirilməsinə çalışan general təmsilçiləri, nəhayət, istəklərinə çatıblar. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan Rahib Salmanovun sədrlik etdiyi hakimlər kollegiyası media nümayəndələrini prosesdən uzaqlaşdırıb.

Noyabrın 24-dəki məhkəmə iclasını izləməyə imkan verilməsə də, orada baş verənlərdən xəbər tutmaq mümkün olub. Məhkəmədə DGK-nın əməkdaşı, generalın tabeliyində çalışan Rauf Mehdiyev şahid kimi dindirilib.

Generalın yaxın adamı Nəsimi RPİ-yə niyə gedib?

Təqsirləndirilən Sədaqət Məmmədova ifadəsində DGK-da xadimə işlədiyi zaman generalın anasına baxmaq təklifinin Rauf Mehdiyevdən gəldiyini demişdi. Onun sözlərinə görə, Mehdiyev generalın yanında işləməklə yanaşı, həm də onun yaxın adamıdır, tapşırıqlarını yerinə yetirir.

Buna da bax: General Çovdarov ittihamları 'Piri babanın nağılı' adlandırır

Sədaqət Məmmədova bunu da bildirmişdi ki, oğurluqda suçlanıb həbs ediləndən sonra Rauf Mehdiyev Nəsimi Rayon Polis İdarəsinə gələrək, onunla görüşüb və generalın kürəkəni Ramin Qədirovun adını çəkməməsini tələb edib: "Rauf deyirdi ki, səni çıxaracağıq, amma işi boynuna götür".

Rauf Mehdiyev məhkəmədə dindirilərkən, polis idarəsində Sədaqət Məmmədova ilə görüşdüyünü inkar etməyib. Amma hakim onun hansı səlahiyyətlə, hansı məqsədlə həbsdə olan şəxslə görüşə getdiyini soruşanda, bu sualı cavablandıra bilməyib.

Buna da bax:​ 'Onun milyonlarla pulunu... həyətdə basdırırdım'

Sədaqət Məmmədova generalın anasına baxmaq üçün evə gətiriləndə Rauf Mehdiyevin ona mənzildə kameraların və bu yolla qulluqçulara nəzarətin olması barədə xəbərdarlıq etdiyini də söyləyib. Evdə işləyən başqa qulluqçulara da kameraların işlədiyi deyilib. Oğurluq hadisəsindən sonra - Sədaqət Məmmədova kameraların yaddaşına baxılmasını tələb edəndə isə bildiriblər ki, kameralar, sadəcə, görüntü üçün qoyulub, əslində, işləməyib.

Dindirilmə yekunlaşmadığından, Rauf Mehdiyev növbəti məhkəmə iclasına da çağrılıb.

Buna da bax:​ Azərbaycanda general evindən oğurlanan bir çamadan qızıl və pulları axtarır

"Qızı da Kürdəxanı təcridxanasına yanıma gəlmişdi"

Sədaqət Məmmədova deyir ki, oğurluq olayından öncə Ramin Qədirov işə düzəlməkdən ötrü generalın anası Böyükxanım Əkbərovadan (ev də onun adına olub, bir neçə ay əvvəl dünyasını dəyişib) 200 min manat istəyib. Generalın anası cəmi 4 min manat verib. Həmin ərəfədə Ramin Qədirov həyat yoldaşının ondan xəbərsiz ev aldığından da xəbər tutub və intiqam almaq istəyib. Ramin Qədirovun özü, məhkəmədə şahid kimi ifadə verərkən, ünvanına deyilənləri təkzib edib.

Sədaqət Məmmədovanın dediyinə görə, generalın qızı Sevinc Əliyeva da həqiqəti bilir. Ona görə də Kürdəxanı təcridxanasında saxlanılarkən onun yanına gəlib, həyat yoldaşının adını hallandırmaması üçün ona 150 min manatlıq ev təklif edib.

Məhkəmə davam edir.

Şərhləri göstər

XS
SM
MD
LG