Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:05

ABŞ-ın bir universiteti quldarlıq keçmişinə görə üzr istədi


ABŞ-ın Corctaun Universiteti (Georgetown University) özünün quldarlıqla tarixi bağlarına görə üzr istəyib.

ABŞ-ın Corctaun Universiteti (Georgetown University) özünün quldarlıqla tarixi bağlarına görə üzr istəyib.

18000 tələbəsi olan Corctaun Universitetin özünün quldarlıqla tarixi bağlarına görə üzr istəyib. XIX əsrdə insanlar qullarını sataraq universitetə olan borclarını ödəyirdilər. İndi Corctaun Universiteti həmin qulların nəslindən olan şəxslərə qəbul güzəştləri tətbiq etməyə söz verir.

Buna da bax: Roma papası: «Dünya müharibədədir»

Paytaxt Vaşinqtonda yerləşən universitet tarixən Roma katolik Yezuit ordeni tərəfindən idarə olunan universitet quldarlığın tarixini öyrənən institut yaradacaq. Məktəbin iki binası 1838-ci ildə Merilənddə kilsəyə aid plantasiyada işləyən 272 qulun satılmasına şərait yaradan rektorların adlarını daşıyır. Universitet bu binaların adlarını dəyişməyə söz verib.

"Respublikanın ilk illərini formalaşmış bu mənfilik burada qalmaqda idi", Corctaun Universitetinin Prezidenti John DeGioia qulların nəslindən olan şəxslər qarşısında çıxış edərkən deyib.

Universitet barışıq ayini keçirəcək. "Mərasimdə quldarlıq institutunda iştirakımıza, xüsusən də icmamızın üzvləri kimi qəbul olunmalı olan 272 uşaq, qadın və kişinin satılmasına görə əfv diləyəcəyik", deyə universitet bildirib.

Harvard, Prinston, Barun və Şimali Karolina Universiteti kimi ABŞ universitetləri quldarlıqla bağlı keçmişə sahib olsalar da bunu qəbul etmirlər. Bu mənada Corctaunun atdığı bu addım çox proqressiv sayılır.

Buna da bax: 3000 yaşı olan qəbirlər kimsəsiz qalıb [Fotolar]

Ancaq bəziləri satılmış qulların nəslindən olan insanlara universitetin müəllimləri, işçiləri və məzunlarının uşaqları ilə eyni güzəştlərin tətbiq olunması barədə qərarı tənqid ediblər.

Qulların nəslindən olan bir qrup şəxsin adından danışan xanım Karran Harper Royal deyib ki, universitet onlara təqaüd təklif etməli və onları tövsiyə komissiyasına daxil etməlidir.

Universitet həmçinin işi ilə universitetin inkişafına töhfə vermiş, o cümlədən Corctaunun borclarını ödəmək üçün Luiziana plantasiyalarına satılmış qulları anmaq üçün abidə qoyacaq.

Qulların nəslindən olan şəxslər abidə ilə bağlı komissiyaya daxil ediləcək.

Universitetin Azadlıq Binası (Freedom Hall) bundan sonra Isaac Binası adlanacaq. Isaac satılmalı olan qulların siyahısında adı birinci gələn quldur. Anım Binası (Remembrance Hall) isə qaradərili müəllimə olan Anne Marie Becraftın adını daşıyacaq.

Ötən ilin payızında onlarla ABŞ universitetinin tələbələri kampuslarında irqçilik irsinə etiraz ediblər. Etirazlar nəticəsində Missuri Universitetinin prezidenti istefa verib. Bir çox universitetlərsə öz müxtəliflik siyasətlərinə yenidən baxmalı olublar.

"Bir katolik təsisatı olan Corctaun bu tarixin əxlaq problemindən qaça bilməzdi. Bu, onun katolik kimliyini sual altına alardı", Massaçusets Texnologiya İnstitutunun tarix üzrə professoru Craig Stephen Wilder deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG