Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:22

Daxili İşlər Nazirliyi (DİN) bildirir ki, Quba rayonunun Talabıqışlaq kəndində əməliyyat keçirilib.

Nazirliyin məlumatında deyilir ki, Talabıqışlaq kənd sakini Coşqun Mirzəyevin evində bir qrup rayon və bir Bakı sakininin qanunla qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etdikləri aydınlaşıb.

«Bu şəxsləri Quba Rayon Polis Şöbəsi əməkdaşları saxlayıb. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib edilib. İzahatları alındıqdan sonra sərbəst buraxılıblar»,-deyə məlumatda qeyd edilir.

Ancaq xəbərdə həmin şəxslərin hansı dini təriqəti təbliğ etdikləri açıqlanmır.

Saxlanılan şəxslərin və ya onların vəkillərinin də bu məsələyə münasibətlərini, hələlik, öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG