Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:11

Çeçenistandakı 14 alkoqol mağazasının hamısı bağlanıb.

“Kafkaz .Realii” portalının məlumatına görə, mağaza sahiblərinin hamısı lisenziyadan "könüllü" imtina ediblər.

Portalın yazdığına görə onların hamısı parlamentin sədri, yol qəzalarının azaldılması ilə bağlı operativ qərərgahın rəhbəri Maqomed Daudovla görüşə dəvət olunublar.

Görüşdə respublikada yol qəzaları ilə bağlı mövcud vəziyyət müzakirə olunub.

Xatırladaq ki, noyabrın 28-də Qafqaz trasındakı “Çernoreçensko” postunda sərxoş sürücünün “Ford” markalı maşını qarşıdan gələn VAZ markalı maşına çırpması nəticəsində 7 nəfər ölüb, 2 nəfərsə xəsarət alıb.

Bu hadisə yerli mətbuatda böyük rezonansa səbəb olub.

Mağaza sahibləri parlamentin sədriylə görüşdən sonra onlara verilən lisenziyadan "könüllü" imtina ediblər.

Məlumata görə, hakimiyyət isə onlara digər biznesə keçməkdə yardım vəd edib.

Bu məlumatı İqtisadi-ərazi inkişaf nazirliyinin iqtisadi , ticarət və istehlak bazarı departamentinin direktoru Mogamed Mustafinov da təasdiqləyib və hazırda məsələnin müzakirədə olduğunu bildirib.

Bu cür mağazalardan birinin sahibi Linda xanım bundan sonra telefon nömrəsini dəyişdirməli olub.

Onun sözlərinə görə, müştərilər daima zəng edərək onun zəhləsini tökür, heç olmasa 1 şüşə içki satmağı xaiş edirdilər, amma axır ki, indən belə rahat nəfəs alacaq.

“Tez-tez müxtəlif yollarla məni yoxlayırdılar. Hansısa içki düşgününü göndərib, nəzarət üçün alış-veriş etdirirdilər. Bundan sonra məni hədələməyə başladılar ki, böyük vergi qoyacaqlar. Bax belə işləyirdim. İndi isə hər şey bitdi, artıq alkoqol satmayacam. Oğlanlarım və qardaşım da çoxdan bu işdən əl çəkməyimi istəyirdilər”,deyə Linda bildirir.

Linda mağazasının, Çeçenistan hakimiyyətinin qoyduğu qaydaları pozduğunu da gizlətmir, deyir ki, ayrı cür mümkün də deyildi, çünki sutka ərzində iki saat işləməklə heç nə qazanmaq mümkün deyildi.

Dekabrın 1-də Çeçenistan lideri Ramzan Kadırov deyib ki, onlar heç bir dükanı bağlamayıblar, içki satanlar özləri lisenziyalarından imtina ediblər.

Onun sözlərinə görə, Çeçenistan ərazisində alkoqollu içki satmaq qanunla qadağan deyil, sadəcə, o, içki içib qəza törədənləri "terrorçudan betər" sayır.

Çeçenistan hakimiyyəti alqkoqola qarşı çoxdan mübarizə aparır, respublikada spirtli içkilərin satışı üzərində ciddi nəzarət var. Ona görə də respublika ərazisindəki xüsusi alkoqol mağazaları yalnız səhər saat 8-dən 10-dək açıq olurdu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG