Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:42

Rusiyanın Çelyabinsk vilayətində hər hansı ailə tənha qocaları himayəsinə götürə və qeydinə qala bilər. Belə qocalardan biri də Aleksei Petrovich-dir. «Currenttime TV» bu yaşlı insanın ahıl çağındakı yeni ailəsindən söz açır.

ÇELYABİNSKDƏ QANUN YAŞLILARA AİLƏ TAPMAĞA İMKAN YARADIR

TV əməkdaşının müşahidəsinə görə, ilk baxışda, Aleksei Petrovich-in Lyubov Grigoryeva-nın ailəsində babalığa götürüldüyünü demək olmaz. Tərəflər bir ay əvvəl, axır ki, münasibətlərini qanuniləşdiriblər. Beləcə, Grigoryev-lər, əslində, onlara faktiki yad bir adamı rəsmən himayələrinə götürüblər.

«O, 6 il öncə çox çətin duruma düşüb», - Çelyabinsk sakini Lyubov Grigoryeva deyir: «Arvadı ölür. Bundan sonra çox ciddi travma alır və reanimasiyaya düşür. Mən onun tək qohumuyam. Xəstəxanadan zəng edib, gəlməyimi xahiş etdilər. Hər şeyi ataraq ora getdim. Ona baxacaq, qayğısına qalacaq başqa adam yox idi. Sonraərimlə qərar verdik ki, onu evimizə gətirək».

Aleksei Petrovich Lyubov-un uzaq qohumudur. Yaşlı kişini himayəyə götürməksə Çelyabinskdə yeni qəbul edilən qanun sayəsində mümkün olub. Bu qanun təqaüdçülərin himayəyə götürülməsi haqqındadır.

Buna da bax-'Qocalar evi'ndə xoşbəxt cütlük

Hamilər müqavilə əsasında ahıl insana yaşamağa ev, qalmağa yer verməlidirlər. Ailə dövlət tabeliyində olan qocalar evinin funksiyasını yerinə yetirdiyinə görə, vilayətin hakimiyyət orqanları onlara ayda 7 min rubl (təxminən 172 manat) ödəyirlər. Himayəyə götürülmüş şəxsin öz vəsaiti də onun saxlanmasına xərclənə bilər, ancaq təqaüdün 75 faizini ötməməsi şərtiylə.

Sosial əməkdaşlar yaşlılara necə baxılmasına, təqaüdlərin hamilərin cibinə getməməsinə nəzarət edəcəklərinə söz verirlər.

Yeni qanunun qəbulundan sonra Çelyabinskdə 18 qocaya onları himayəyə götürəcək ailə tapıblar.

ÖZƏL QOCALAR EVİ: ÇARPAYI, XIRDA XƏRC VƏ...

Ancaq Çelyabinskin qonşuluğunda yerləşən Yekaterinburqda yaxın qohumları olmayan yaşlı insanların bircə ümid yeri var – işıqsız və təmiz havasız özəl qocalar evində çarpayıda uzanaraq ömürlərini başa vurmaq.

Irina Khonina

Irina Khonina

Rusiyada dövlət tabeliyindəki qocalar üçün internatlara növbələr var. Ora düşmək baha başa gəlir. O səbəbdən bu qıtlıqda başqa biznes çiçəklənib. Zirək insanlar icarəyə götürülmüş kotteclərdə özəl qocalar evi açırlar. Otaqlara çarpayılar qoyulur, xırda xərc qarşılığında qocaları bura gətirir, onlar da ömürlərini burda başa vurmalı olurlar.

Irina Khonina belə evlərdən birinin sahibəsidir. O öz evini gözüyumulu icarəyə verib. Prokurorluq qanun pozuntusu aşkarlayınca, onun evində qocalar evi açan şəxs aradan çıxıb. Yaşlı insanlar isə Irina və ərinin boynunda «yük» olaraq qalıblar.

BAŞQA BÖLGƏLƏRDƏ DƏ TƏTBİQ ETMƏYƏ HAZIRLAŞIRLAR?

«Bu qadın burada çoxdan yaşayır. Məncə, o çox duruma düşdüyündən, qohumları öz yanlarına aparmırlar», - Khonina danışır və sözünə davam edir: «Biz təcili yardım çağırdıq. Həkim dedi ki, vəziyyəti ağır, amma sabitdir».

Məmurların sözlərinə görə, dövlətin qocalar evlərində belə yaşlılara yer yoxdur. O səbəbdən, yaşlı insanları evlərinə aparmaqdan ötrü, Irina onların uzaq qohumlarını yola gətirməyə çalışır.

Rəsmilər Çelyabinskdə qüvvədə olan qanunu başqa bölgələrdə də tətbiq etməyə hazırlaşırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG