Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:58

'İdarə bu addımı siyasi hakimiyyətin sifarişinə əsasən ...'


QMİ-nin başçısı Allahşükür Paşazadə
QMİ-nin başçısı Allahşükür Paşazadə

«Bu, əlbəttə, vətəndaşların hüquqlarına müdaxilədir». Hüquqşünas Ənnağı Hacıbəyli Qafqaz Müsəlmanları İdarəsinin sentyabrın 16-da yaydığı bəyanatdan danışarkən belə deyir.

Hüquqşünas: «QMİ-nin bəyanatı vətəndaşların hüquqlarına müdaxilədir»

İdarə onu təmsil edən din xadimlərini müxalifətin bu həftəsonu keçiriləcək etiraz aksiyalarında iştirak etməməyə çağırır. Bəri başdan bəyan edir ki, kütləvi aksiyalarda iştirak edənlər barəsində qanunvericiliklə, idarənin nizamnaməsinə müvafiq şəkildə məsuliyyət tədbirləri görüləcək.

Buna da bax:​ QMİ: 'Siyasi müxalifətin dövlətçiliyə qarşı dini çağırışları qanunaziddir...'

Gündüz Ağayevin karikaturası
Gündüz Ağayevin karikaturası

«Bu çağırış qanunsuzdur»

Arif Hacılı: «QMİ funksiyasını aşaraq siyasətə müdaxilə edir»

Ənnağı Hacıbəyli deyir ki, bütün vətəndaşların sərbəst toplaşmaq hüququ var. «Ona görə də İdarənin bu çağırışı qanunsuzdur. «Hesab edirəm ki, bu addım siyasi hakimiyyətin sifarişinə əsasən mitinq iştirakçılarının sayını azaltmaq məqsədi güdür», – hüquqşünas deyir.

Ənnağı Hacıbəyli hüquqi dövlətdə vətəndaşların kütləvi aksiyada iştiraka görə cəzayla hədələnməsini yolverilməz olduğunu bildirir.

Arif Hacılı: «Dini mövqeyindən, inancından asılı olmayaraq, hər kəs Azərbaycan vətəndaşıdır»

Deputat: «Müxalifət çox nahaq yerə elə hesab edir. Hakimiyyət heç kimdən, heç nədən çəkinmir»

Həftəsonu – sentyabrın 17-də mitinq keçirəcək Milli Şuranın rəhbərliyi toyda olduğundan onların rəyini ala bilmədik.

Sentyabrın 18-də mitinq keçirəcək Müsavat Partiyasının başqanı Arif Hacılı isə bu çağırışı insan haqlarının pozulması sayır. Eyni zamanda, onu vurğulayır ki, Qafqaz Müsəlmanları İdarəsi «siyasətə qarışmamalıdır». Partiya başqanı QMİ rəhbərliyinin bu addımını «öz funksiyalarını aşaraq» siyasi məsələlərə müdaxilə kimi dəyərləndirir. «Dini mövqeyindən, inancından asılı olmayaraq, hər kəs Azərbaycan vətəndaşıdır və onun sərbəst toplaşmaq hüququ var. Bu hüququ heç kəs məhdudlaşdıra bilməz», – Arif Hacılı söyləyir.

Deputat: «Müxalifətə qanunauyğun bütün şərait yaradılıb, nə bacarırlar, etsinlər».

Müsavat başqanı onu da deyir ki, cəmiyyət fəallaşıb və insanlar öz etirazlarını açıq şəkildə bildirməkdən çəkinmirlər. «Təbii ki, bu, hakimiyyət dairələrini narahat edir», söyləyən Hacılı QMİ-nin bu bəyanatını hakimiyyətdən gələn siyasi sifariş sayır.

Buna da bax:​ Müsavat birgə mitinq istəyir

Deputat: «Müxalifət çox nahaq yerə elə hesab edir»

«Müxalifət çox nahaq yerə elə hesab edir. Hakimiyyət heç kimdən, heç nədən çəkinmir». Deputat Rövşən Rzayev Müsavat Partiyası başqanının söylədiklərinə münasibəti belə oldu:

«Müxalifətə qanunauyğun bütün şərait yaradılıb, nə bacarırlar, etsinlər. Hakimiyyətin arxasında xalq dayanıb, xalq da özü bütün məsələlərə qiymət verə bilir».

Ancaq deputat QMİ-nin bəyanatından xəbərsiz olduğundan onu şərh edə bilməyəcəyini söylədi.

Bu il sentyabrın 26-da Konstitusiyaya 30-dək dəyişiklik və əlavələrlə bağlı referendum keçiriləcək.

Bu il sentyabrın 26-da Konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı referendum keçiriləcək. Bu zaman Ana Qanuna 30-dək dəyişiklik təklif olunur. Onlardan ən çox diqqət çəkən prezidentlik müddətinin 5 ildən 7 ilə qədər çatdırılması, yaş senzinin ləğvi, vitse-prezidentlik institutlarının yaradılması, torpaqla bağlı bəzi müddəalardır.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Müxalifət bu dəyişikliklərdən sonra ölkədə monarxiya qurulacağını bəyan edir və buna görə də referenduma «yox» deyir. Ötən bazar günü sentyabrın 11-də Milli Şuranın keçirdiyi aksiyada referendumun keçirilməməsi tələb olunub.

Bundan sonra hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranı xaricdən maliyyələşməkdə ittiham edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG