Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45
Bugünkü «Qlobus»da təhsildən söhbət gedəcək. Yəni xarici ölkələrdə təhsilin özəlliklərindən və Azərbaycanda Qərb təhsil sisteminin üstünlüklərinin tətbiq edilməsinin mümkünlüyündən danışacağıq.

Birinci həmsöhbətim – Aygün Eyubova Paris Şərq Dilləri İnstitutunda (INALKO) Azərbaycan dilini dərs deyir. Azərbaycan dili bu universitetdə artıq 8 ildir tədris olunur. Aygün xanım özü Azərbaycanda institutu qurtarandan sonra Strasburqda təhsilini davam etdirib.


Aygün Eyubova deyir ki, Fransadakı təhsil sistemi Azərbaycandakından xeyli fərqlənir. Amma avropalılar Sovet təhsil sisteminin güclü olduğunu da etiraf edirlər.


İkinci qonağım Türkiyədə oxuyan Ramil Zeynalovdur. Ramil ötən il Ankara Universitetinin İngilis dili və ədəbiyyat fakültəsinə qəbul olunub. Türkiyədəki təhsilin səviyyəsindən razıdır, deyir ki, əsas problemi maddi çətinliklərdir.


Növbəti qonağım Amerika Dövlət Departamentinin «Fulbright» proqramı ilə ABŞ-ın Tennessi Universitetində tədqiqat aparan Azərbaycan Dillər Universitetinin prorektoru Natiq Yusifovdur. Natiq Yusifov artıq üç aydır Amerikadadır və bu ölkədəki təhsillə bağlı təəssüratlarını radiomuzla bölüşdü.


İran azərbaycanlılarının yaşadıqları şəhərlərdə təhsilin özəllikləri barədə isə İnsafəli Hidayət danışır.

ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG