Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

'Teymur Rəcəbov öz səviyyəsindən aşağı çıxış etdi'


Fikrət Sideifzadə, Azərbaycanın şahmat üzrə yığmasının baş məşqçisi

Fikrət Sideifzadə, Azərbaycanın şahmat üzrə yığmasının baş məşqçisi

«Qızlar öz qüvvələrindən yuxarı nəticə göstərdilər»

Sentyabrın 13-də Bakıda keçirilən Şahmat Olimpiadası başa çatır. Olimpiadadan öncə baş məşqçi Fikrət Sideifzadə AzadlıqRadiosu-na demişdi ki, kişilərdən ibarət yığmanın ilk üçlükdə olacağını, medal qazanacağını gözləyirlər. Amma sentyabrın 13-də başa çatan Olimpiadada Azərbaycanın yığması ilk onluqdan kənarda qalıb. Fikrət Sideifzadə sadəcə bunu deyir: «Bu, uğursuz çıxış idi». Ancaq qadınlardan ibarət komanda ilk onluqdadır, tədbirdən öncə buna ümid az olsa da, qızlar bunu bacara biliblər.

Fikrət Sideifzadə: «Mən qızların məşqçisi idim. Qızların çıxışından çox razıyıq. Onlar həqiqətən də öz qüvvələrindən yuxarı nəticə göstərdilər».

Fikrət Sideifzadə danışır: «Mən qızların məşqçisi idim. Qızların çıxışından çox razıyıq. Onlar həqiqətən də öz qüvvələrindən yuxarı nəticə göstərdilər. 4-cü, 9-cu yeri tutdular, çox yaxşı nəticədir. Oğlanlar təəssüf ki, uğursuz çıxış etdilər. Biz onlardan medal gözləyirdik».

«Teymur Rəcəbov öz səviyyəsindən aşağı çıxış etdi»

Baş məşqçi uğursuzluğun bir çox səbəbi olduğunu deyir. Bunlardan biri də, onun sözlərinə görə, yığmanın üzvü Teymur Rəcəbovun yaxşı formada olmamasıdır.

«Teymur Rəcəbov son iki ildə yarışlara demək olar ki, qatılmır və praktika çatışmazlığı öz sözünü dedi...»

«Teymur öz səviyyəsindən aşağı çıxış etdi. Düzdür, belə turnirdə idman bəxti də olmalıdır. Həddən artıq gərgin oyun gedir. Bir gediş, bir oyun çox şeyi həll edə bilir. Amma ümumi götürəndə oğlanlar öz qüvvələrindən aşağı çıxış etdilər», – Fikrət Sideifzadə söyləyir.

Buna da bax:​ Şahmat Olimpiadası bitdi, Azərbaycan qadınları 8-ci, kişiləri 12-ci oldu

O, komandanın liderlərindən sayılan Şəhriyar Məmmədyarovun oyunundan razı qalıb. Onun 10 oyundan 6 xal yığdığını və bunun da birinci taxta üçün yaxşı nəticə olduğunu bildirir.

«Komanda Hindistana məğlubiyyətdən sonra toparlana bilmədi»

«Futbol+» qəzetinin əməkdaşı Sərxan Musalı Şahmat Olimpiadasını əvvəldən axıra qədər izləyib. O da komandanın ümidləri doğrultmadığını təəssüflə qeyd edir:

«Bizim hədəfimiz ən azı üçüncü yeri tutmaq idi. Çünki son olimpiadada Azərbaycanın kişilərdən ibarət yığması ikinci, beşinci yerləri tutmuşdu. Fikirləşirdik ki, bu qədər yaxşı hazırlıq qarşılığında yaxşı nəticə əldə edilməli idi. Təcrübəli məşqçi çalışırdı onlarla, təcrübəli kapitan cəlb olunmuşdu. Bunun qarşılığında nəticə olmalı idi, medal gözləmək haqqımız idi. Komanda ilk 4-5 turda yaxşı çıxış etsə də, Hindistana ilk məğlubiyyətindən sonra ümidləri doğrulda bilmədi, xal itkiləri oldu, toparlana bilmədi».

«Rusiyaya, Hindistana məğlubiyyəti başa düşmək olardı, amma İngiltərəyə uduzmaq, Yunanıstanla heç-heçə etmək artıq xal itkilərinə səbəb oldu».

Sərxan Musalı da Teymur Rəcəbovun oyunu üzərində dayanır: «O, son iki ildə yarışlara demək olar ki, qatılmır və praktika çatışmazlığı öz sözünü dedi. Arkadiy Naydiçin zəif çıxış etməsi də komandaya təsirini göstərdi. Gözlənilməz xal itkiləri oldu. Rusiyaya, Hindistana məğlubiyyəti başa düşmək olardı, amma İngiltərəyə uduzmaq, Yunanıstanla heç-heçə etmək artıq xal itkilərinə səbəb oldu. Bunlar olmasaydı, medal qazanmaq mümkün idi».

«Bunu heç kəs gözləmirdi»

Buna da bax:​ Azərbaycan 5-ci yerdədir

İdman şərhçisi qadın şahmatçılarının isə «boylarından yuxarı tullandığını» düşünür:

«Özlərindən qat-qat yüksək reytinqə sahib komandaları büdrətdilər, bəzilərinə qalib gəldilər, bəziləri ilə heç-heçə etdilər. Gürcüstan, Polşa kimi güclü komandayla heç-heçə etmək elə qələbəyə bərabərdir. Qızlarımızın Hindistana qalib gələcəyini isə heç kim gözləmirdi. Yəni çox yaxşı çıxış etdilər. Onların hədəfi ilk onluğa düşmək idi və bunu da bacardılar».

42-ci Dünya Şahmat Olimpiadası sentyabrın 2-dən 13-dək Bakıda keçirilib. Turnirə 150 ölkədən şahmatçı qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG