Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:49

Qızılkənd sakinləri narahatdılar...


Arxiv fotosu
Arxiv fotosu

AzadlıqRadiosunun “Qaynar xətt”inə İmişli sakinləri tərəfindən şikayət məktubu gəlib. Yazırlar ki, rayonun Qızılkənd kəndində yaşayan Hidayət adlı şəxs kəndin girəcəyindəki kafedən əxlaqsızlıq yuvasi kimi istifadə edir. Kəndlilər yazır:

"DEYİR Kİ, "POLİSLƏRƏ HAQQ ÖDƏYİRƏM""

“Bəhrəmtəpə-Biləsuvar yolunun üstündə yerləşən bu kafeyə hər gecə onlarla qadın gətirilir. Təkcə kənddən yox, bütün rayon sakinlərindən xəbər alsanız, bu kafe haqqında sizə danışar. Kafe sahibi qazanc yolunu belə tapıb. Nə yerli polisdən, nə sakinlərdən, nə icra hakimiyyətindən – heç kəsdən çəkinəcəyi yoxdur. Deyir hamını pulla alıram. Deyir, kafeyə gətirdiyi əxlaqsız qadınlara görə hüquq-mühafizə orqanlarına ”haqq" ödəyir. Yazıb sizə bildiririk ki, bu hal bütün kənd sakinlərini ciddi narahat edir. Belə bir ciddi problemin həll olunmasında mətbuatın köməyinə ümid edirik”.

POLİS: RƏSMİ ŞİKAYƏT ETSİNLƏR

İmişli polisindən bildiriblər ki, qeyd olunan ünvan Qızılkəndə yaxın ərazidə olsa da, Biləsuvar ərazisinə düşür. Biləsuvar polisi isə bildirir ki, həmin ərazidə yerləşən hər hansı iaşə obyekti ilə bağlı onlara şikayət daxol olmayıb.

“Əgər sakinlərin əlində belə faktlar varsa, şöbəyə rəsmi müraciət etsinlər”, - Biləsuvar polsinin növbətçi hissəsindən belə deyilib.

XS
SM
MD
LG