Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:46

Gürcüstan sərhədində qızıl külçələrlə saxlandı


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycan vətəndaşının Gürcüstan sərhədindən qanunsuz ümumi çəkisi 18,6 kiloqram, 19 qızıl külçə keçirməyə çalışdığı bildirilir.

Onun “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsinin Gürcüstan hissəsində saxlandığı deyilir.

Bu haqda "Turan" informasiya agentliyi Gürcüstanın Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumat Nazirliyin saytında avqustun 17-də yerləşdirilib. Amma orada qızılın nə zaman saxlandığı qeyd edilmir.

Bundan əvvəl 2016-cı il ərzində iki dəfə də Azərbaycandan Gürcüstana qanunsuz olaraq qızıl məmulatlarının keçirilməsinin qarşısınan alındığı açıqlanmışdı. Həmin olayların da “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsində qeydə alındığı deyilirdi.

*** Bunlara da baxın:
- «Gürcüstanda tutulan 3 tonluq heroindən Azərbaycan tərəfi xəbərdar olub»
- "Sərhəddə viza" xəbəri: turistlərin pərtliyi

- «Astara gömrüyündə hətta corabların içini də yoxlayırlar»


Maraqlıdır ki, qanunsuzluqların Gürcüstan tərəfdə aşkarlandığı bildirilir. Qızıl qaçaqçılarının Azərbaycan tərəfdən necə keçdiyi açıqlanmır.

Xəbərdə bildirilir ki, adı açıqlanmayan Azərbaycan vətəndaşı müxtəlif əyarlı və ölçülü külçələri maşının arxa oturacağının altında və yük yerində gizlədibmiş. Qanunsuz yük rentgen-skaner şüalandırılmasından sonra aşkar edilib.

Xəbərdə qeyd edilir ki, gömrükçülər qaçaqmalın dəyərini 572,6 min dollar qiymətləndiriblər. İş materiallarının Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim edildiyi söylənir.

Buna, hələlik, Azərbaycanın əlaqəli qurumlarının münasibətini öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG