Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:23

Mədəniyyət və Turizm nazirliyi ənənəvi “Qızıl Kəlmə” Ədəbi Mükafatını elan edib.

Nazirlikdən AzadlıqRadiosu-na verilən xəbərə görə, mükafat 2016-2017-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə veriləcək.

Buna da bax:​ İki ədəbiyyat mükafatı verilib

Mükafata son 2 ildə kitab və ya jurnalda çap edilmiş nəsr, poeziya, tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri, orijinaldan bədii tərcümə əsərləri və uşaqlar üçün yazılmış bədii əsərlər təqdim olunur.

Namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Mükafat iki ildən bir- mayın ilk ongünlüyündə verilir.

Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.

“Qızıl Kəlmə” Ədəbi Mükafatı 2008-ci ildə təsis olunub, ilk qaliblər 2009-cu ildə müəyyənləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG