Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:25

‘Qızıl Məryəm’in qətli üzrə məhkəmə prosesi başladı


Qızıl zinət əşyaları

Qızıl zinət əşyaları

Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi, "Qızıl Məryəm" ləqəbi ilə tanınmış Məryəm Nametzadənin qətli üzrə məhkəmə prosesi başlayıb. Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanlar isə onun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərovdu.

Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanlar isə onun qızı, bacısı oğlu və daha bir nəfərdir.

Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən hazırlıq iclasında məlum olub ki, Günel Hüseynova Məryəm Nametzadənin yeganə övladı olub. Onun da bir azyaşlı qızı var. Nənəsinin qətli və anasının həbsindən sonra o, uşaq evinə verilib. Amma Məryəm Nametzadənin hüquqi varisi kimi həmin uşaq tanınıb. Onun saxlanıldığı 8 saylı uşaq evinin direktoru Pəri Paşayeva da zərərçəkmişin hüquqi varisinin nümayəndəsi qismində prosesə cəlb olunub. Pəri Paşayeva uşaqla birlikdə məhkəmədə iştirak edirdi.

Buna da bax:​ Biznesmen qadının qətli ilə bağlı tutulan var

Nənəsinin qətli və anasının həbsindən sonra o, uşaq evinə verilib. Məryəm Nametzadənin hüquqi varisi kimi həmin uşaq tanınıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin və zərərçəkmiş tərəfin anket məlumatları dəqiqləşdirilib və iş məhkəmə baxışına verilib. Məhkəmə baxışı sentyabrın 23-nə təyin olunub.

Xatırladaq ki, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızı bu ilin yanvarında yaşadığı mənzildə qətlə yetirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG