Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:42

Ekspert: 'Hər bir rayonda icra hakimiyyətinə ehtiyac yoxdur'


Keçmiş deputat Nazim Baydəmirli (Məmmədov)

Keçmiş deputat Nazim Baydəmirli (Məmmədov)

"İstehlak mallarının qiymətlərinin artımından kompleks tədbirlər görməklə qaçmaq olar. İnhisarçılığı aradan qaldırmaqla, biznes üçün kreditləri ucuzlaşdırmaqla və regionlarda sahibkarlığa təkan verməklə..."

Bunu iqtisadçı-ekspert, parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvü Nazim Bəydəmirli bildirib.

Son günlər qiymət artımına gəlincə, o hesab edir ki, bu, müxtəlif səbəblərdən baş verir. İlk növbədə bu, oktyabrın 1-dən bir sıra malların idxal rüsumunun artması ilə bağlıdır.

Buna da bax:​ İqtisadçı: 'Ölkə qıtlığa doğru gedir' (Video)

Qiymətlər niyə qalxır?

“İstehlak mallarının böyük hissəsi idxal olunur və yerli malların çoxu idxal xammaldan hazırlanır. Nəticədə, istehlak mallarının 70-80 faizi idxal olur. Qiymətlərin artmasına son həftələr dolların məzənnəsinin artması da təsir edib. Nəhayət, yüksək qiymətlər inhisarçılığın və ədalətli rəqabət olmamasının nəticəsidir”, ekspert deyir.

N.Bəydəmirliyə görə, bütün biznes subyektlərinə bərabər şərait yaradılmalıdır.

“Qiymət artımının daha bir səbəbi kredit resurslarının bahalaşmasıdır. Mərkəzi Bank uçot dərəcəsini yüksəltdikdən sonra depozitlər 15 faizə qədər artdı. Kreditlər üzrə dərəcələr isə 24 faizdən aşağı deyil. Biznesmenlər bu 24 faizi qaytarmalı, üstəgəl vergiləri və digər icbari ödənişləri ödəməlidirlər. Bu da onların mallarının qiymətinin iki dəfə artmasına gətirib çıxarır. Buna görə kreditlərin ucuzlaşdırılması və gömrüksüz sərhəd ticarətinin inkişafı zəruridir”, Bəydəmirli hesab edir.

Buna da bax:​ Qiymət artımının səbəbi bilindi - Şərhlər

Dövlət qurumlarında islahat

O deyir ki, dövlət qurumlarında da islahatlara ehtiyac var. Xüsusən, hər bir rayonda icra hakimiyyəti orqanına ehtiyac yoxdur. Onların funksiyaları bələdiyyələrə verilə bilər, icra hakimiyyətini isə ölkənin 10 iqtisadi bölgəsində prezidentin nümayəndələri təmsil edə bilər.

Ekspertə görə, nazirliklərin – Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin və başqalarının regional idarələri yaradılmalıdır.

“Vergi sistemində islahatlar aparılmalı. Gəlir vergisi və icbari sosial sığorta ödənişlərinin alınması birləşdirilməlidir. Vergi azaldılmalı və Əhalinin Sosial Müdafiəsi üzrə Dövlət Fondu ləğv edilməlidir. Ədalətli rəqabət və inzibati maneələrin aradan qaldırılması qiymətlərin ucuzlaşmasına, mal və xidmətlərin keyfiyyətinin artmasına şərait yaradacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG