Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52

►NİDA vətəndaş hərəkatının üzvü Bayram Məmmədov və siyasi fəal Qiyasəddin İbrahimdən bir gündən artıqdır ki, xəbər yoxdur.

Bu haqda Azadlıq Radiosuna NİDA hərəkatından bildiriblər.

Hərəkatda onların dünən (10 may) axşam saatlarında saxlanıldığını düşünürlər. Hazırda gənc fəalların harada olduğu barədə məlumat verilmir.

Gənc fəalları polisin saxladığı güman olunur.

Ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Mayın 10-da gecə paytaxtın mərkəzindəki Heydər Əliyev abidəsinin üzərində etirazçı şüarlar yazıldığı müşahidə olunmuşdu.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində “Qul Bayramınız Mübarək!”, ön tərəfdə isə “F... the system!” sözləri yazılmışdı.

Gənclərin məhz bu şuarlara görə, saxlandığı güman edilir.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin 93-cü il dönümü qeyd edilib.

____________________________________________________________

Bunlara da bax:
Tale Bağırzadə ev dustaqlığına buraxılmadı
Azərbaycanda milyonlarla insanın kasıblaşacağı gözlənir

____________________________________________________________

Son illər Azərbaycanda Heydər Əliyevin doğum günü münasibəti ilə Gül bayramı keçirilərdi. Bu da Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmırdı. Hakimiyyətin müxalifləri deyirdilər ki, hər il Gül bayramına milyonlarla vəsait xərcləməkdənsə, bu pullar əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf edilməlidir. Bu il isə Gül bayramı təxirə salınmışdı.

Bakı şəhər İcra Hakimiyyətindən bildirmişdilər ki, cəbhə bölgəsində Ermənistanın təxribatının qarşısını alarkən həlak olan hərbiçilərin ruhuna hörmət əlaməti olaraq mayın 10-da sadəcə parklarda gül əkilmə aksiyaları keçiriləcək.

Bu il elə belə də oldu.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Səmra haqda Faiq Ağayevlə Mübariz Tağıyevin fikirləri haçalanır
Heydər Əliyevin heykəli üzərinə “Gül bayramına yox deyək” yazısına görə tutulanlarn olduğu bildirilir

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Gömrük müəmması. 140 milyon dollar yoxa çıxıb

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG