Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:47

Qiyas İbrahimova bəraət istənilir


Həbsdəki gənc fəal Qiyas İbrahimova bəraət verilməsi istənilir. Vəkilləri Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində çıxardığı hökmdən apellyasiya şikayəti veriblər.

Vəkil Elçin Sadıqovun bildirdiyinə görə, apellyasiya şikayəti noyabrın 10-da məhkəməyə təqdim olunub. «Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qanunsuzdur. Hesab edirik ki, hökm ləğv edilməli, Qiyas İbrahimova bəraət verilməlidir», - vəkil deyib.

Q.İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham ediliblər.

Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçmişdi. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində Q.İbrahimova 10 il həbs cəzası verilib. O, son sözündə deyib ki, məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə həbs edilib.

Bayram Məmmədovun da məhkəməsi başlayıb. O, çıxışında ittihamları qəbul etməyərək məhkəməni «tamaşa» adlandırıb. Gəncə fəal deyib ki, «bu tamaşanın rejissoru da prezident İlham Əliyevdir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG