Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:44

Müstəntiq baxışa gəlmədi


«Gənc fəal Qiyas İbrahimovun evində baxış-axtarış müstəntiqin gəlməməsi üzündən sentyabrın 20-nə təxirə salınıb».

Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib.

Vəkil qeyd edir ki, Q.İbrahimov saxlandıqdan sonra yaşadığı evdə baxış adı ilə, əslində, axtarış aparılıb və evdən narkotik tapıldığı deyilir.

E.Sadıqovun deməsinə görə, həmin narkotikin mənzilə yerləşdirilməsini görən şahid var. Bununla bağlı Nizami Rayon Məhkəməsinə şikayət verilib

E.Sadıqov vurğulayır ki, Q.İbrahimovun cinayət işi üzrə hazırlıq iclası sentyabrın 22-si Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Gənc fəal Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilir. İttihamlar təsdiqlənərsə, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Onunla birlikdə saxlanan başqa bir gənc fəal Bayram Məmmədovun isə istintaqı başa çatmayıb. Sentyabrın 6-da Xətai Rayon Məhkəməsi onun həbs müddətini daha 2 ay uzadıb.

Q.İbrahimov B.Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs olunduğu güman edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG