Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:19

Vəkil: 'Gənclərin hüquqları pozulur'


Gənclər bir günün içində necə "narkoman" oldu?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Gənclər bir günün içində necə "narkoman" oldu?

«Qiyas İbrahimov və Bayram Məmmədov özlərini yaxşı hiss edirlər. Amma bu şəxslərin hüquqları pozulmaqda davam edir».

Bunu AzadlıqRadiosuna gənclərin vəkili Elçin Sadıqov bildirib.

Vəkil qeyd edib ki, mayın 12-dən bu yana Q.İbrahimov ailəsi ilə cəmi iki dəfə görüşə bilib. B.Məmmədova isə ümumiyyətlə, ailəsi ilə görüş verilməyib. Vəkilin deməsinə görə, qanuna əsasən, gənclərin həftədə azı bir dəfə ailələri ilə görüşmək hüquqları var.

E.Sadıqov deyib ki, iyulun 5-də və 12-də istintaq hər iki gənci narkoloji ekspertizadan keçirib. Gənclərin heç birinin narkotik maddə istifadəçisi olmadığı aşkar edilib: «Hətta həkim «bu gəncləri bura niyə göndəriblər» deyə təəccübünü ifadə edib».

Vəkilin deməsinə görə, narkotik maddələrin büküldüyü sellofan torbalar üzərindəki barmaq izlərinin götürülməsi, bu izlərin gənclərin əl izləri ilə tutuşdurulması haqda vəsatət qaldırsa da, istintaq bundan imtina edib. E.Sadıqov deyir ki, bu məsələni məhkəmə araşdırması prosesində yenidən qaldırmağı nəzərdə tutur.

Buna da bax: "Heykəldən üzr istəyin, sizi buraxaq!”

Vəkil yada salıb ki, mayın 12-də həbs-qətimkan tədbiri seçilərkən Xətai rayon Məhkəməsində hər iki gənc Müvəqqəti Saxlanma Yerində işgəncələrə məruz qaldıqları barədə danışıblar. Vəkilin deməsinə görə, hakim bunun yoxlanılması ilə bağlı qərar çıxarıb, amma istintaq bunu yerinə yetirməyib. Vəkil Daxili İşlər Nazirliyinin Daxili Tədqiqat Baş İdarəsində bu haqda aparılan sorğu-sualı formal adlandırıb: «İstintaq işgəncə faktı olmadığını deyir. Biz də deyirik ki, mayın 10-dan 12-nə kimi bu məkandakı kamera görüntülərinə baxmaq kifayət edər, bunu etmirlər. Odur ki, bu məsələni də məhkəmə prosesində qaldırmağı nəzərdə tuturuq».

Gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimov bu il mayın 10-da saxlanıblar. İki gün sonra məhkəmə onlar haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin heykəli üstünə etirazçı şüarlar yazılmasına görə həbs olunduğu güman edilir. Hüquq-mühafizə orqanları isə gənclərin hər birinin evindən 1 kiloqramdan artıq heroin aşkarlandığını bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG