Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:06

Çingiz Qənizadə: “Zorakılıq olmayıb, olmayacaq da”


Bayram Məmmədov və Qiyas İbrahimov

Bayram Məmmədov və Qiyas İbrahimov

►İşçi Qrupda işgəncə haqda deyilənlərlə fikir ayrılığı var.

Üzvlərdən biri Əliməmməd Nuriyev deyilənlərin araşdırılmalı olduğunu və hətta qrupda araşdırıldığını söyləyir. Başqa bir üzv, deputat Çingiz Qənizadə araşdırmaya lüzum görmür

Ötən həftə narkotik ittihamı ilə saxlanılan gənc fəallar Qiyas İbrahimovBayram Məmmədovun vəkili Elçin Sadıqov onlara işgəncə verildiyini bildirdi.

O zaman İnsan Haqları üzrə Birgə İşçi Qrup da məsələni araşdırdığını bildirmişdi. İşçi qrupun üzvü Səidə Qocamanlı AzadlıqRadiosuna bununla bağlı bir neçə günə açıqlama verəcəklərini söyləmişdi.

Mayın 23-də onunla əlaqə saxlamaq istəsək də, mümkün olmadı, öyrəndik ki, hüquq müdafiəçisi ölkə xaricindədir.

Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev

Qrupun başqa üzvü Əliməmməd Nuriyev bu məsələni mayın 30-da qurumun toplantısında müzakirə edəcəklərini dedi. Amma bu araşdırmada özünün şəxsən iştirak etmədiyini də vurğuladı.

“HEÇ KƏS İŞGƏNCƏYƏ MƏRUZ QALMAMALIDIR”

Bununla belə, Əliməmməd Nuriyevin qənaətincə, işgəncə haqqında deyilənlər mütləq araşdırılmalıdır:

“Bu məsələnin necə olması, şübhəsiz, araşdırılmalıdır. Ombudsman aparatının əməkdaşları həmin gənclərlə görüşüblər. Onlar fərqli fikir söyləyiblər. Ona görə bunun araşdırılmasına ehtiyac var. Heç kəs başqasına əzab, işgəncə verə, ləyaqətini alçalda bilməz. Azərbaycan beynəlxalq konvensiyalara qoşulub, Konstitusiyamızda da bu haqda deyilir. Hətta müharibələr zamanı da işgəncələrdən qorunmaq mütləq hüquqdur. Heç kəs işgəncəyə məruz qalmamalıdır, hansı cinayəti etməsindən asılı olmadan. Ona görə bu məsələyə aydınlıq gələcək”.

____________________________________________________________

Bunlara da bax:
"Azərbaycan istəməsə də, islahatlara məhkumdur"
Yalnız tibb təhsili alanlara möhlət hüququ veriləcək

____________________________________________________________

“MÜƏYYƏN MƏLUMATA MALİKƏM VƏ BİLDİRİRƏM Kİ...”

Çingiz Qənizadə

Çingiz Qənizadə

Millət vəkili, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, eləcə də adıçəkilən İşçi Qrupun üzvü Çingiz Qənizadə isə tam əmindir ki, işgəncə baş verməyib. Və bunu söylərkən də Ombudsman Aparatının rəyinə istinad edir:

– İnanmıram ki, bu gün hər hansı saxlanılan şəxslə bağlı cəzaçəkmə müəssisində, istintaq təcridxanasında və ya müvəqqəti saxlanma yerində işgəncə faktı baş versin. Biz saxlanılan şəxslərlə bağlı qanun qəbul etmişik. O qanunda da düzünə göstəriş var ki, bir qurum saxlanılanı başqasına təhvil verərkən həkim müayinəsindən keçirməlidir. Daha əvvəlki kimi deyil, vətəndaş müayinədən keçirilir. O qurumların bir-birindən tabeçiliyi və ya asılılığı da yoxdur. Polis saxlanılanı Ədliyyə Nazirliyinin tabeliyində olan quruma təhvil verir və özünü sığortalamaq üçün mütləq həkim müayinəsindən keçirir. Bununla bağlı rəy rəsmi sənəddə qeyd edilir. Ombudsman Aparatının da rəsmi məlumatı var və heç bir şikayət olmadığı və mətbuata ötürülən məlumatların həqiqəti əks etdirmədiyi bildirilir.

– Amma vəkil işgəncə izini öz gözü ilə gördüyünü deyir, üstəlik, gənclər özləri izahat yazıblar bununla bağlı.

– Mən bilmirəm Elçin Sadıqov nə deyir. Mən onun fikirlərinə mətbuatda da rast gəlməmişəm. Amma birmənalı deyirəm ki, indiki şəraitdə, yeni qəbul edilmiş saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanuna görə, dustaq bir qurumdan başqasına təhvil verilərkən tibbi müayinədən keçirilir və heç kim də buna getməz.

– Bir tərəf işgəncənin olduğunu, o biri tərəf olmadığını deyir. Bəs sizin təmsil olduğunuz İşçi qrup bu məsələni araşdıra bilərmi?

– İşçi qrupa müraciət olunarsa, əlbəttə, araşdırarıq. Amma hər hansı müraciət olmayıb. Mən bir şeyi xatırladım. Bir dəfə Leyla Yunus İsgəndər Həmidov haqqında açıqlama vermişdi ki, o xəstələnib, ciyərlərində problem var və s. O vaxt, səhv etmirəmsə, İsgəndərdən xəbər gəldi ki, “xəstə özüdür, mənim heç bir problemim yoxdur”. Hüquq müdafiəçisi özfəaliyyətlə məşğul ola bilməz. Cavab da düzgün idi, Leyla Yunusa adını hallandırmaqdan ötrü bu cür adamlar lazım idi. Biz də müraciət olmadan özbaşına hərəkət edə bilmərik. Birmənalı olaraq da qeyd edirəm ki, bu gənclərə qarşı hər hansı zorakılığa yol verilməyib. Mən həm hüquq müdafiəçisi, həm işçi qrupun üzvü olaraq, müəyyən məlumata malikəm və bildirirəm ki, zorakılığa yol verilməyib və verilməyəcvək də...

Gənc fəallardan biri Bayram Məmmədovun vəkili işgəncələrə etiraz olaraq onun artıq beşinci gündür aclıq etdiyi deyir.

Qiyas İbrahimov və Bayram Məmmədov mərhum prezident Heydər Əliyevin heykəli üzərinə etirazçı şüarlar yazıblar. Bundan az sonra onlar külli miqdarda heroin saxlamaqda ittiham olunaraq saxlanılıblar. Vəkil onların polis idarəsində işgəncəyə məruz qaldığını bildirir. Hətta onlardan biri Bayram Məmmədovun əli ilə yazıb imzaladığı izahatı da sosial şəbəkələrdə yayıb.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (23 may)

İlham Əliyev Ermənistanı ittiham etdi
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (23 may)

"Dünyanın Azərbaycan qaçqınına marağı azalır"

Günün bütün mövzuları

XS
SM
MD
LG