Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:41

Məşhur ‘Qırmızıpapaq’ nağılı Kukla teatrında


Qırmızıpapaq və nənəsi
Qırmızıpapaq və nənəsi

Şarl Perronun məşhur “Qırmızıpapaq” nağılı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında göstəriləcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosu-na verilən xəbərə görə, bu klassik nağıl nümunəsinə teatrın baş rejissoru Qurban Məsimov tam fərqli prizmadan baxmağa çalışıb.

Teatrın 85 illik yubileyi münasibətilə hazırlanan tamaşanın premyerası oktyabrın 21-də (saat 14.00) baş tutacaq.

Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Buna da bax:​ Dövlət YUĞ Teatrı yeni mövsümü açır

Qırmızıpapaq nağlında ovçular
Qırmızıpapaq nağlında ovçular

Əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Elmira Hüseynova, Rəhilə İbadova, Cavid Telman, Elnur Xəlilov, Aygül Ağayeva, Samirə Nəcəfova, Sona Quliyeva, Vüsal Hüseynov və Araz Həsənov oynayırlar.

Bir saatlıq kukla tamaşası özünün milli tərtibatı və mahnıların rəngarəngliyi ilə seçilir.

Tamaşada mahnıları Flora Kərimova, Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Anar Şuşalı, Lalə Məmmədova, Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG