Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:16

Anormallıq, yoxsa adi tanışlıq?


Şərif. Karikatura
Şərif. Karikatura

►“Hökumət cəmiyyət üzərində nəzarəti gücləndirir”

"Ədliyyə Nazirliyinin qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı hazırladığı yeni qaydalar QHT-lər üzərindəki nəzarəti daha da gücləndirməkdən ötrüdür."

Siyasi şərhçi Azər Rəşidoğlu Ədliyyə Nazirliyinin “Qeyri-hökumət təşkilatları, xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi Qaydaları”nı şərh edərkən belə deyir.

A.Rəşidoğlu bildirir ki, bu, QHT-lərin fəaliyyətinin daha da məhdudlaşdırılmasına xidmət edən, cəmiyyətdə azad fikirliliyin və sərbəst fəaliyyəti əngəlləməyə yönələn növbəti addımlardandır:

“Hakimiyyət, bütövlükdə, cəmiyyətə nəzarəti gücləndirir. Artıq mətbuat sıradan çıxıb. QHT-lər və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti xeyli zəiflədilib. Zaman-zaman qanunvericilik səviyyəsində sərtləşdirmə aparmaqla hakimiyyət cəmiyyətə nəzarəti bərpa etmək istəyir. Bu da növbəti addımlardan biridir. ”

Azər Rəşidoğlu deyir ki, QHT-lərin sıxışdırılması, nəzarətə götürülüb zəiflədilməsi cəmiyyətin və hökumətin öz ziyanına işləyir:

“Belə sərt idarəçiliyə keçməklə hakimiyyət gələcək perspektivdə özünə problemlər yaradır”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

"Anormallıqdır"

Müzəfər Baxış
Müzəfər Baxış

Hüquqi Dövlət Aradırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış isə deyir ki, 2003-cü ildən başlayaraq Azərbaycandakı qeyri-hökumət təşkilatlarına, xüsusilə xarici QHT-lərin filial və nümayəndəliklərinə geniş hücumlar başlayıb. Qanunvericilik də dəfələrlə bu proseslərə uyğun olaraq dəyişilir:

“Əlavə və dəyişikliklərdən biri də ondan ibarət oldu ki, QHT-lər, xüsusilə, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri üzərində nəzarəti müvafiq icra hakimiyyəti orqanı, yəni Ədliyyə Nazirliyi həyata keçirir. Bu, hüquqi dövlət prinsiplərinə uyğun deyil. Çünki qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətləridir. Vətəndaş cəmiyyəti üzərində hər hansı dövlət strukturu tərəfindən nəzarətin həyata keçirilməsi özü anormallıqdır”.

Müzəffər Baxış deyir ki, bu qaydalar QHT-lərin fəaliyyətini daha güclü yoxlamağa imkan verəcək. Yoxlama nəticəsində isə QHT-lər haqqında daha ciddi tədbirlər görüləcək.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“Vaxtaşırı QHT-lərin fəaliyyəti müşahidə ediləcək”

Faiq Qurbanov
Faiq Qurbanov

Ədliyyə Nazirliyinin şöbə müdiri Faiq Qurbanov isə deyilənlərə razılaşmır. Bildirir ki, sənəd kiminsə sıxışdırılmasına deyil, qanunvericiliyin daha ciddi işləməsinə xidmət edəcək:

“Hər bir qeyri-hökumət təşkilatı öz fəaliyyətində qanunvericiliyə ciddi riayət eləməlidir. Qanunlarda müəyyən olunmuş qaydalara uyğun öz fəaliyyətini qurmalıdır. QHT adı ilə bir sıra destruktiv fəaliyyətlə, terrorçuluğa dəstəklə bağlı müəyyən işlərlə məşğul olan təşkilatlar da var. Vaxtaşırı onların fəaliyyətinin müşahidə edilməsi, gələn məlumatların Ədliyyə Nazirliyinə təqdim olunması onların iş ahənginə heç bir mənfi təsir göstərə bilməz. Sadəcə olaraq, Ədliyyə Nazirliyinə bu səlahiyyət verilib ki, onların fəaliyyəti ilə tanış ola bilsin. Lazım olduqda, müəyyən istiqamətlər verə bilsin. Heç bir sıxışdırmadan söhbət gedə bilməz”.

Yeni qaydalara görə, regional ədliyyə şöbələri daima QHT-lərin fəaliyyətini izləməli və nəticələrlə bağlı ildə iki dəfə Qeydiyyat və notariat baş idarəsinə məlumat verməlidirlər.

QHT-lərin fəaliyyətinin öyrənilməsinə aidiyyəti dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, ayrı-ayrı sahələr üzrə mütəxəssislər cəlb ediləcək. İcra qurumu isə QHT-lərin bütün fəaliyyətini araşdıra bilər.

Buna da bax...

Prezidentə şikayətə gəldilər, amma...
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

XS
SM
MD
LG